Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
İyulun 8-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Viravul kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak edib.
Ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə sakinlərə məlumat verən Taleh Qaraşov bildirilib ki, vətəndaşların bütün müraciətlərinə həssas yanaşılır, ədalətli və obyektiv qaldırılan bütün məsələlərin həlli istiqamətində qanunamüvafiq addımlar atılır.Onun sözlərinə görə, vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirilməsinə şəraitin yaradılması, müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılması cənab Prezident İlham Əliyevin məmurlar qarşısında qoyduğu əsas tələb və prinsiplərdəndir.
İcra başçısı cənab Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədən irəli gələn əsas vəzifələr barədə yerli sakinləri məlumatlandırıb. Taleh Qaraşov bildirilib ki, aqrar sektorda məhsuldarlığın artırılması, iqlim dəyişikliklərinə uyğunlaşma, su ehtiyatlarından səmərəli istifadə və kənd təsərrüfatı xammalından emal olunmuş məhsulların ixracına keçidin təmin edilməsi bu istiqamətdə qarşıya qoyulan əsas hədəflərdəndir.
Viravul kəndinin sakinləri səyyar görüşdə fikir və istəklərini sərbəst, maneəsiz ifadə ediblər və məmur-vətəndaş münasibətlərindəki qarşılıqlı etimad mühitinin möhkəmlənməsindən razılıqlarını qeyd ediblər və cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
http://lenkeran-ih.gov.az/az/news/taleh-qarasov-viravul-kend-inzibati-erazi-dairesinin-sakinlerinin-qaygi-ve-problemlerini-dinleyib.html























































