Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
“Volvo” dünyanın ən etibarlı avtomobil markaları sırasındadır - Mükəmməllik standartı
1000 ildən sonra ilk dəfə sərgilənən - Sənət əsəri
Böyük Britaniya və Fransa arasında əldə olunmuş tarixi razılaşmaya əsasən, təxminən 1000 il əvvəl toxunmuş məşhur Balyö xalçası (Bayeux Tapestry) hazırlandığı vaxtdan bəri ilk dəfə İngiltərədə sərgilənir.
“Qafqazinfo” xəbər verir ki, 70 metr uzunluğunda olan bu orta əsr tikmə sənəti əsəri 2026-cı ilin sentyabrından 2027-ci ilin iyuluna qədər Britaniya Muzeyinə müvəqqəti müddətə verilib.
Britaniya Muzeyində təşkil edilən sərgini Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla, Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Brijit Makron, eləcə də Endi Börnem və Mari-Frans Van-Xil ziyarət ediblər.
1066-cı ildə Normandiya hersoqu Vilhelmin başçılığı ilə İngiltərənin fəthi hadisələrini əks etdirən bu əsər XI əsr İngiltərəsinin qalaları, gəmiləri və müharibə səhnələri ilə yanaşı, dövrün geyim, qida və mebel detallarını da canlı şəkildə nümayiş etdirir. Normand sifarişi ilə Kenterberi əlyazmaları əsasında ingilis toxucuları tərəfindən hazırlandığı ehtimal edilən bu eksponat həm qiymətli tarixi mənbə, həm də nadir incəsənət nümunəsi hesab olunur.






















































