Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
35 il sonra bunu edən ilk Britaniya monarxı oldu
Böyük Britaniya Kralı III Çarlz ABŞ Konqresinin birgə iclasında çıxış edib. O, son 35 ildə Konqresdə çıxış edən ikinci Britaniya monarxı kimi tarixə düşüb.
“Qafqazinfo” xəbər verir ki, Kral Çarlz çıxışında ABŞ ilə Böyük Britaniya arasındakı tarixi münasibətlərin əhəmiyyətini vurğulayaraq, bu tərəfdaşlığın beynəlxalq sistemdə mühüm rol oynadığını bildirib.
Çıxışında qlobal vəziyyətə toxunan kral dünyada artan gərginliklərə diqqət çəkib: “Biz böyük qeyri-müəyyənlik dövrünün ortasındayıq. Avropadan Yaxın Şərqə qədər uzanan münaqişələr beynəlxalq ictimaiyyət üçün ciddi çağırışlar yaradır”, - deyə o bildirib.
Kral Çarlz qeyd edib ki, mövcud geosiyasi vəziyyət ABŞ və Böyük Britaniya kimi ölkələrin məsuliyyətini daha da artırır və iki ölkə arasındakı ittifaqın əhəmiyyətini gücləndirir.
O, çıxışında ABŞ-nin müstəqillik tarixini xatırladaraq, fikir ayrılıqlarına baxmayaraq, iki ölkənin uzun illərdir güclü tərəfdaşlıq qurduğunu vurğulayıb.
“İki millətimizin əsrlər boyu qurduğu ittifaqa görə Amerika xalqına minnətdarıq”, – deyə kral bildirib.
Kral həmçinin anası Kraliça II Elizabetin 1991-ci ildə Konqresdə etdiyi çıxışa istinadən əlavə edib ki, bugünkü dünya həmin dövrlə müqayisədə daha qeyri-sabit və təhlükəlidir.
Kral Çarlz vurğulayıb ki, Böyük Britaniya NATO çərçivəsində müdafiə xərclərini artırıb və Qərb ittifaqına töhfəsini gücləndirib. Onun sözlərinə görə, mövcud təhlükələr heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilməyəcəyi qədər mürəkkəbdir.
Ukrayna məsələsinə də toxunan kral davamlı və ədalətli sülh üçün beynəlxalq birliyin vacibliyini vurğulayıb.
Kral Çarlz ABŞ-nin 250 illik yubileyi münasibətilə təbriklərini çatdıraraq, iki ölkə arasında tərəfdaşlığın gələcəkdə də gücləndirilməsinin vacibliyini qeyd edib. O, çıxışdan sonra həyat yoldaşı Kraliça Kamilla ilə birlikdə Konqres üzvləri ilə görüşərək zalı tərk edib.























































