VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Şamil Cəfərov – Sözə və qələmə sədaqəti ilə seçilən ziyalı, ad gününün mübarək!
Hörmətli Şamil Cəfərov!
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Ulusestv.az-ın rəhbəri kimi göstərdiyiniz çoxşaxəli fəaliyyət, milli-mənəvi dəyərlərin, ədəbiyyatın, mədəniyyətin və söz sənətinin təbliğinə verdiyiniz töhfələr xüsusi qeyd olunmağa layiqdir. Sözə, qələmə və jurnalistika prinsiplərinə bağlılığınız həmkarlarınız tərəfindən daim yüksək qiymətləndirilir.
Sizin rəhbərliyinizlə Ulusestv.az informasiya məkanında özünəməxsus mövqeyi ilə seçilərək ictimai əhəmiyyət daşıyan mövzuların işıqlandırılmasına, ölkəmizdə baş verən mühüm hadisələrin oxuculara çatdırılmasına öz töhfəsini verir.
Yeni yaşınızın həyatınıza sevinc, ailənizə xoşbəxtlik, yaradıcılığınıza yeni nəfəs gətirməsini diləyirik. Qarşıdakı illərdə də fəaliyyətinizdə böyük uğurlar, möhkəm iradə və tükənməz enerji sizinlə olsun!
Doğum gününüz mübarək, hörmətli Şamil Cəfərov!
Hörmətlə,
Fərid Səfərov























































