TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
SÖZÜN İŞIĞINDA KEÇƏN 63 İL: ŞAMİL CƏFƏRLİ ÖMRÜNÜN MÜDRİKLİK ZİRVƏSİNDƏ
İllər təqvimlərdən sakitcə süzülüb keçir, amma bəzi ömürlər var ki, zamanın axarında sadəcə qocalmır, daha da saflaşır, müdrikləşir. Bu gün mətbuatımızın yetkin və prinsipial simalarından biri — Azərbaycan Respublikasının Jurnalistlər və Yazarlar birliklərinin üzvü, ULUSESTV mətbuat portalının təsisçisi və baş redaktoru Şamil Cəfərli ömrünün 63- çü dayanacağına çatır.
Jurnalistika sadəcə peşə deyil; o, çiyinlərdə daşınan böyük bir məsuliyyət, vicdanın və həqiqətin səsidir. Şamil müəllim zəngin yaradıcılıq yolu boyunca məhz bu amala sadıq qaldı. O, qələmini heç vaxt ötəri maraqların, anlıq həvəslərin xidmətində saxlamadı; hər cümləsində, hər yazısında cəmiyyətin döyünən nəbzini, xalqın qayğılarını, həqiqətin işığını əks etdirməyə çalışdı. Ona görə də onun sözü hər zaman kəsərli, mövqeyi isə sarsılmaz oldu.
Biz Şamil müəllimi təkcə ustad bir mətbuat xadimi kimi tanımırıq. O, həm də səmimiyyəti ilə hörmət qazanan, gənclərə dayaq duran, xeyirxahlığı ilə seçilən mənəvi bir məktəbdir. Çiyin-çiyinə çalışdığı həmkarları, ondan öyrənən gənc qələm sahibləri onun müdrik tövsiyələrindən, təmkinli xarakterindən hər zaman bəhrələniblər. Ağsaqqal duası, ustad öyüdü necə dəyərlidirsə, Şamil Cəfərlinin də mətbuat mühitindəki varlığı bir o qədər güvənvericidir.
Böyük Nizami deyirdi ki, “Sözün də su kimi lətafəti var...” Şamil müəllim də illərdir o lətafətli sözün arxasınca gedərək, ULUSESTV platformasında sağlam media nümunəsi ortaya qoyur. Qərəzsiz, obyektiv, ən əsası isə insanpərvər yanaşması ilə mətbuatımızın sıralarında öz silinməz izini həkk edir.
Bu gün 63 illik ömür zirvəsindən geriyə boylanarkən qürur duyulacaq böyük bir yol görünür: ləkəsiz ad, qazanılmış uca nüfuz və minlərlə insanın qəlbində taxt qurmuş insani səmimiyyət...
Hörmətli Şamil müəllim! Yubileyininz mübarək olsun! Qələminiz hər zaman iti, sözünüz kəsərli, canınız sağ, ömrünüz bərəkətli olsun. Sözün işığı heç vaxt üzərinizdən əskik olmasın!
Zahid Həbiboğlu (Səmədov)Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı























































