VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Lənkəran ŞİH başçısı yanında payız-qış mövsümünə hazırlıqla bağlı aparat müşavirəsi keçirilib
Sentyabrın 10-da Lənkəran Şəhər İcra Hakimiyyətində (ŞİH) növbəti aparat müşavirəsi keçirilib. İnzibati ərazi sahə və dairə üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxış edib.
İcra başçısı payız-qış mövsümünün gəlişi ilə bağlı Tədbirlər Planına uyğun olaraq rayon ərazisində hazırlıq və kompleks abadlıq işlərini fəal şəkildə davam etdirildiyini bildirib, bu çərçivədə görülən əsas işlər və keçirilən tədbirlər barədə məlumat verib.
Bildirilib ki, suötürücü sistemlərin təmizlənməsi istiqamətində Lənkəran Su Meliorasiya Sistemlərinin İstsmarı İdarəsi ilə birgə aidiyyəti xidmət idarələri tərəfindən suaxar kanallar, magistral yollar boyunca yerləşən drenaj sistemləri və kollektorlar lil, çöküntü və alaq otlarından təmizlənir. Bu tədbirlər yağıntılı günlərdə subasmaların qarşısını almaq məqsədi daşıyır.
Kommunal və infrastruktur hazırlıqları barədə qeyd olunub ki, Lənkəran Regional Qaz İstismar İdarəsinin Lənkəran Xidmət Sahəsi və Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi Lənkəran Elektrik Şəbəkəsivə digər aidiyyəti xidmət sahələri tərəfindən qış aylarında əhalinin fasiləsiz elektrik enerjisi, təbii qaz və su ilə təmin olunması üçün təmir-quraşdırma, habelə budama və digər texniki işləri aparılır.
Küçə və yolların abadlaşdırılması istiqamətində şəhər ərazisində deformasiyaya uğramış səki daşlarının yenilənməsi, yolboyu hasarların rənglənməsi və yaşıllıqlara qulluq edilməsi işləri kompleks şəkildə icra olunur. Cari ildə 15 küçənin asfaltlanması nəzərdə tutulur ki, 11 küçədə asfaltlanmaya hazırlıq işlərinə başlanılıb.
Bundan başqa, qeyd olunub ki, dövlət başçısının tapşırığına əsasən Lənkəran şəhərində genişmiqyaslı abadlıq quruculuq işləri sürətlə davam etdirilir, eyni zamanda yeni kanalizasiya xəttinin çəkilməsinə başlanılmış, işlərin həcmi yaxın günlərdə daha da artırılacaq.
Müşavirənin sonunda icra başçısı aidiyyəti idarələrin rəhbərlərinə payız-qış mövsümünə hazırlıq işlərini sürətləndirmək və görülən işlərin gedişatı barədə müntəzəm hesabatlar təqdim etmək barədə müvafiq tapşırıqlar verib.























































