Xəbər Lenti
30-10-2026, 12:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
28-10-2026, 14:58
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Nərimanovda müşavirə keçirildi

Nərimanov Rayon İcra Hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin də iştirakı ilə 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlığın yekunları ilə bağlı təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların gördüyü işləri və qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Toplantıda çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişaf etdiyini, kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində önəmli addımların atıldığını bildirib.
Eyni zamanda, bu ilki payız-qış mövsümü ilə əlaqədar Rayon İcra Hakimiyyətində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq rayon MKTB-nin tabeliyində olan xüsusi texnikaların saz vəziyyətə gətirildiyi, lazımi inventar, duz tədarükü edildiyi qeyd olundu, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı günlərində, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimində çalışacağı, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi vurğulanıb.
İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən 2022-2023-cü illəri əhatə edən payız-qış mövsümünə hazırlıq işlərinin təşkili və təmin edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirədə verilən tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar paytaxtın bütün rayonlarında müşavirələrin keçirildiyi vurğulanıb, bu sahədə zəruri tədbirlərin görülməsi qeyd olunub.
Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.























































