Xəbər Lenti
Dünən, 13:48
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
7-11-2026, 17:50
Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
7-11-2026, 13:33
Nərimanov rayonunda “8 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib
7-11-2026, 12:21
Dr. Aslan Məmmədov: ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN DÜNYAYA GÜCÜNÜ VƏ QƏTİYYƏTİNİ SÜBUT ETDİYİ TARİX!
7-11-2026, 12:12
İş adamı Tofiq İsayev: 8 NOYABR – AZƏRBAYCANIN GƏLƏCƏYƏ QALİB XALQ KİMİ ADDIMLADIĞI TARİXİ GÜN!
7-11-2026, 11:43
Elvin Həsənzadə: BU TORPAQLARIN HƏR QARIŞINDA BİR QƏHRƏMANLIQ HEKAYƏSİ VAR – 8 NOYABR ZƏFƏR GÜNÜ!
7-11-2026, 11:41
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ – MİLLİ İRADƏNİN, LİDERLİYİN VƏ QƏHRƏMANLIĞIN TƏNTƏNƏSİ!
7-11-2026, 11:25
ŞUŞANIN AZADLIĞI AZƏRBAYCANIN ZƏFƏR TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN ŞANLI SƏHİFƏDİR!
Prezidentin yüksək vəzifə verdiyi məmurlar kimdir?
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamları ilə Bakının Nərimanov, Nizami rayonları, həmçinin Kürdəmir rayonuna yeni icra başçıları təyin olunub.
Yeni təyin olunan icra başçılarının dosyelərini təqdim edirik:
Nərimanov rayonunun yeni icra başçısı:
Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elgin Həbibullayev uzun müddət Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun köməkçisi olub.
1977-ci il təvəllüdlü Elgin Həbibullayev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. Harvard Biznes Məktəbinin idarəetmə proqramını bitirib.
Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi dövrdə başçının köməkçisi olub. Eldar Əzizov 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçı təyin olunan zaman Həbibullayevi özünə köməkçi, sonra isə müavin təyin edib. 2018-ci ildə isə Eldar Əzizovun əmri ilə Elgin Həbibullayev Bakı Şəhər İcra Hakimiyyətinə yeni Aparat rəhbəri təyin edilmişdi.
Ailəlidir, iki övladı var.
Nizami rayonunun yeni icra başçısı:
Nizami rayonu İcra Hakimiyyətinin başçısı təyin olunan Coşqun Adil оğlu Cəbrayılov bu vəzifəyə təyin olunana qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, bu vəzifəyə 2018-ci ilin sentyabrında təyin olunmuşdu.
Daha əvvəl isə Coşqun Cəbrayılov Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində də bu vəzifəni icra edib.
Kürdəmirin yeni icra başçısı:
Prezidentin digər sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan Oqtay oğlu İbrahimov isə əslən Şamaxı şəhərindəndir.
O, 2020-ci ilin aprelində Şamaxının icra başçısı Tahir Məmmədovun qərarı ilə icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.
Elxan İbrahimov daha əvvəl Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb.
Elxan İbrahimov əslən şamaxılı olması, sovetlər dövründə tanınmış katiblərdən olan, o cümlədən Şamaxıda ikinci katib, Bərdə, Ağdaş, Daşkəsən və Goranboy rayonlarında isə birinci katib vəzifəsində işləmiş Xəlfə İbrahimovun nəvəsidir.






















































