VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
İran və Oman Hörmüzdə kritik razılığa gəldi - Açıqlanacaq
İran və Oman Hörmüz boğazında gəmiçilik üçün müvəqqəti marşrutun yaradılması ilə bağlı yekun razılığa gəliblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında razılaşdırılan marşrutun yaxın vaxtlarda rəsmi şəkildə elan olunması gözlənilir.
Razılaşmaya əsasən, gəmilərin yeni marşruta girişi İranın ərazi sularından həyata keçiriləcək. Çıxış marşrutunun bir hissəsi də İranın ərazi sularından keçəcək.
Vurğulanır ki, müvəqqəti dəhlizin eni təxminən 11,3 kilometr olacaq.
İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi daha əvvəl bildirib ki, marşrut müvəqqəti xarakter daşıyır. Tərəflər Hörmüz boğazında uzunmüddətli naviqasiya mexanizminin yaradılması üçün texniki danışıqları da davam etdirirlər. Bu çərçivədə məlumat mübadiləsi, naviqasiya və təhlükəsizlik xidmətlərinin təşkili məsələləri müzakirə olunur.
Omanın xarici işlər naziri Bədr əl-Busaidi isə marşrutun yaxın vaxtlarda elan olunacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, boğazın gələcək idarə olunması və daimi həll məsələsi növbəti mərhələdə müzakirə ediləcək.
Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzini Oman körfəzi və Ərəb dənizi ilə birləşdirən strateji su yoludur. Boğazdan qlobal neft və mayeləşdirilmiş təbii qaz daşımalarının əhəmiyyətli hissəsi həyata keçirilir.























































