Menu
Xəbər Lenti
Bu gün 5 matç var
28-10-2026, 10:30

Bu gün 5 matç var

İsmail Kartal qəza etdi
28-10-2026, 09:33

İsmail Kartal qəza etdi

12 Sentyabr 2026 12:14Manşet / Gündəm / Dünya

Pakistan Ermənistana ilk səfirini təyin etdi

 

Pakistan Ermənistanla diplomatik münasibətlər qurduqdan bir il sonra həmin ölkəyə ilk səfirini təyin edib. 

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Pakistanın İrəvandakı ilk səfiri Şavkat Ali Xan etimadnaməsini Ermənistan Prezidenti Vaaqn Xaçaturyana təqdim edib. 

Məlumata görə, tərəflər görüş zamanı qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər. 

Xatırladaq ki, Ermənistan və Pakistanın xarici işlər nazirləri Ararat Mirzoyanla Məhəmməd İshaq Dar 2025-ci il avqustun 31-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair birgə sənəd imzalayıblar.