Xəbər Lenti
Dünən, 14:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
10-11-2026, 21:07
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
10-11-2026, 14:12
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
10-11-2026, 11:05
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
9-11-2026, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
9-11-2026, 17:48
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
9-11-2026, 10:51
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
8-11-2026, 15:19
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:24
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:17
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
8-11-2026, 13:48
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Prezident İlham Əliyev Fransa Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföyü qəbul edib.
Bris Rokföy Fransanın Cənubi Qafqazda sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqının sədri kimi ölkəsinin Avropa İttifaqının Azərbaycanla əlaqələrin müxtəlif sahələri üzrə təşəbbüslərini tam dəstəklədiyini dedi.
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi vurğulandı, dövlətimizin başçısının ötən ilin dekabrında Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirakı xatırlandı.
Görüşdə postmünaqişə dövrü və Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması, sülh müqaviləsinin hazırlanması üçün danışıqların aparılması, sərhədlərin delimitasiyası ilə bağlı məsələlər müzakirə olundu. Ölkəmizin irəli sürdüyü 5 prinsipin Ermənistan tərəfinin qəbul etdiyini vurğulayan dövlətimizin başçısı sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyətinin hazır olduğunu bildirdi.
Söhbət zamanı Azərbaycan-Fransa münasibətlərinə toxunuldu. Prezident İlham Əliyev ötən ilin dekabrında Fransa Prezidenti Emmanuel Makronla Brüsseldə görüşünü və bu ilin fevralında videoformatda görüşünü qeyd etdi. Dövlətimizin başçısı, eyni zamanda, Emmanuel Makrona Fransa Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik ünvanladığını xatırladı.























































