Xırdalanda gözəlliyin ünvanı – “Beauty Bar” gözəllik salonu ilə təpədən dırnağa baxım cəmi 30 Manata
Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova : Ulu Öndər Heydər Əliyevin xatirəsinə dərin hörmət və ehtiramı
Ulu Öndərin mənəvi irsinə sadiqlik – Məhərli Əvəzəlinin Heydər Əliyevə dərin ehtiramı
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
"Embawood" şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: Ulu Öndər – Azərbaycanı zamanın sınaqlarından keçirən böyük şəxsiyyət
Xalqın qəlbində yaşayan əbədiyaşar LİDER
Hər bir tarixi şəxsiyyətin öz xalqı və bəşəriyyət üçün tarixi izləri mövcuddur. Bu şəxsiyyətlərin işlətdikləri hər bir kəlam sonradan öz əhəmiyyəti və mühümlüyü ilə yeni tarixlərin yazılmasına xidmət edir. "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır", məhz bu tarixi kəlam Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevə məxsusdur. Bütün fəaliyyəti ilə xalqa, Azərbaycan dövlətinə bağlı olan Dahi Öndərimiz bu qızıl sözlərini öz əməli ilə həyata keçirdi və bu gün də həmin kəlamlar yaşadılmaqda, müasir Azərbaycanın inkişafında rol almaqda davam edir...
Bundan başqa, Ulu Öndərimiz cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında mühüm rol oynadı. Şəxsi təşəbbüsləri ilə jurnalistlərlə, qəzetlərin baş redaktorları ilə keçirdiyi görüşlər Heydər Əliyevi mətbuatın problemləri ilə daha yaxından tanış etdi. Bütün ölkə jurnalistləri Onu ölkə başçısı kimi olmaqla yanaşı, həm də bir dost, onların zəhmətinə qiymət verən yaxın sirdaş kimi qəbul edirdi. Bunun nəticəsi idi ki, 2003-cü ildə Ümummilli Liderimiz Heydər Əliyev "Jurnalistlərin dostu" adına layiq görüldü. 2001-ci ildə kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşən Ulu Öndər Heydər Əliyev bu tarixi kəlamlarn vurğuamşdı: "Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik".Beləliklə, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan və onun inkişaf strategiyası bütün sahələri əks etdirməklə, milli mətbuatımızın da strateji hədəflərini müəyyən etmiş oldu. Uzaqgörənliyi və müdrikliyi ilə xalqı, Vətəni və dövləti üçün çalışan, bu yolda əməyini əsirgəməyən Dahi Şəxsiyyət Heydər Əliyev istər Azərbaycanın, istərsə də dünyanın siyasi mühitinə LİDERLİK simvolu olaraq həkk olundu. Müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsi Ulu Öndər Heydər Əliyev tərəfindən yazıldı. Heydər Əliyev bugünkü və gələcək nəsillər üçün müstəqil, çiçəklənən bir dövləti – müstəqil Azərbaycanı miras qoydu. Bu gün Dahi Önndərimiz aramızda olmasa da, Onun yaratdığı dövlətçilik fəlsəfəsi hər gün də bizimlə qoşa, hətta bizdən öndə addımlayır, yaşayır, yaşadılır.
"Heydər Əliyev bütün həyat fəaliyyətini xalqa həsr etmiş tarixi şəxsiyyətdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər bir dövrdə ölkəni tərəqqiyə və inkişafa aparıb. Bu gün qürurla yaşadığımız müstəqil Azərbaycan dövləti Heydər Əliyevin ideyaları üzərində qurulub və inkişaf edir. Heydər Əliyevin Azərbaycanla bağlı ən böyük arzusu torpaqların işğaldan azad olunması və köçkünlərin öz yurdlarına qayıtması idi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ulu Öndər Heydər Əliyevin siyasi-iqtisadi kursu uğurla davam etdirilərək Azərbaycanı qalib ölkəyə çevirib. Bu gün təbii ki, Heydər Əliyevin görmək istədiyi müstəqil, güclü və qalib Azərbaycan dövləti ərsəyə gəlib.Heydər Əliyevin çox şaxəli irsi xalqımızın milli sərvətidir".
Ulu Öndərin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Qarabağı işğaldan azad etdi. Şuşanın işğaldan azad olunması Ulu Öndərin arzusu idi.
Bu böyük nailiyyətdir. Azərbaycan üçün yeni tarixi bir dövr başlayır. Ulu Öndərimiz indi yanımızda deyil, lakin Azərbaycan durduqca, Ulu Öndər də əbədi yaşayacaq!
Ümummilli lider Heydər Əliyevin bir zamanlar bütün dünyaya bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının ən gözəl sabahları öndədir. Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!
Elnur Rzayev
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı























































