Lənkəranda keçirilən “Yerli Təlim Kursu 2026” (Local Training Course 2026) layihəsi uğurla başa çatıb
OQTAY MƏSİMOV – YERLİ ÖZÜNÜİDARƏETMƏDƏ MƏSULİYYƏT, XALQA XİDMƏT VƏ GÖYGÖLÜN GƏLƏCƏYİNƏ YÖNƏLƏN İNKİŞAF MƏRAMI
Vətəndaş ödəniş etdi, 2-3 saat sonra avtomobili XƏBƏRSİZ GÖTÜRÜLDÜ — Azərmaşın bu münasibətinə KİM CAVAB VERƏCƏK?
ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
MSİM və Harvardın dövlət sektoru rəhbərləri üçün təlim proqramı başa çatdı - Fotolar
İranda saxta içkidən kütləvi zəhərlənmə - 8 nəfər öldü, 164 nəfər xəstəxanalıq oldu
Bakı İqlim Həftəsi 2026 – qlobal iqlim gündəliyinin mühüm platforması
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində keçirilən Bakı İqlim Həftəsi 2026 Azərbaycanın beynəlxalq iqlim siyasətində və qlobal iqlim gündəliyində mühüm yer tutan tədbirlərdən biridir. Azərbaycan Respublikasının ev sahibi ölkə qismində çıxış etdiyi bu mötəbər platforma iqlim dəyişiklikləri, davamlı inkişaf, ekoloji təhlükəsizlik və beynəlxalq əməkdaşlıq istiqamətində fikir və təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır.
Bakı İqlim Həftəsi çərçivəsində dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, hüquqşünaslar, ekspertlər, alimlər, vətəndaş cəmiyyəti nümayəndələri, qeyri-hökumət təşkilatları və digər maraqlı tərəflər bir araya gələrək iqlim dəyişikliklərinin yaratdığı qlobal çağırışları müzakirə edirlər.
Tədbirin əsas istiqamətlərindən biri iqlim dəyişikliklərinin qarşısının alınması, ətraf mühitin qorunması, yaşıl inkişafın təşviqi və gələcək nəsillər üçün daha təhlükəsiz və dayanıqlı dünyanın formalaşdırılması istiqamətində beynəlxalq səylərin gücləndirilməsidir. Eyni zamanda, iqlim siyasəti ilə insan hüquqları, sosial ədalət, ekoloji hüquqlar və davamlı inkişaf arasındakı əlaqələr də beynəlxalq müzakirələrin mühüm hissəsini təşkil edir.
Beynəlxalq hüquq müdafiəçisi, ARHD.media informasiya agentliyinin rəhbəri İsmayıl Zalov da Bakı İqlim Həftəsi 2026 çərçivəsində keçirilən tədbirlərdə iştirak edir. Onun tədbirdə iştirakı beynəlxalq hüquq, insan hüquqlarının müdafiəsi, ekoloji təhlükəsizlik və qlobal çağırışlar ətrafında aparılan müzakirələrdə və fikir mübadiləsində iştirak baxımından əhəmiyyət daşıyır.
İsmayıl Zalovun beynəlxalq platformada iştirakı Azərbaycanın ev sahibliyi etdiyi bu mühüm tədbirin yaratdığı imkanlardan istifadə etməklə beynəlxalq hüquq və insan hüquqları sahəsində mövcud çağırışların, o cümlədən iqlim dəyişikliklərinin insan hüquqlarına təsirinin diqqət mərkəzində saxlanılmasına töhfə vermək məqsədi daşıyır.
Bakı İqlim Həftəsi 2026 Azərbaycanın beynəlxalq iqlim prosesində fəal iştirakının, qlobal əməkdaşlığa verdiyi önəmin və iqlim dəyişiklikləri ilə mübarizədə beynəlxalq dialoqun təşviqinə göstərdiyi dəstəyin mühüm göstəricilərindən biri kimi qiymətləndirilir.
Tədbir çərçivəsində keçirilən görüşlər və müzakirələr beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi, müxtəlif ölkələrin təcrübəsinin bölüşülməsi və iqlim dəyişiklikləri ilə bağlı qarşıya çıxan problemlərə birgə həll yollarının müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.





























































