18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyeva Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil ilə görüş keçirib.
AZƏRTAC-a istinadən xəbər verilir ki, görüşdə Azərbaycanın ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunması və ekoloji dayanıqlılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Bu xüsusda, həmçinin IDEA İctimai Birliyinin sözügedən sahələr üzrə layihə və təşəbbüsləri, o cümlədən biomüxtəlifliyin zənginləşdirilməsi, ətraf mühitlə bağlı maarifləndirmə tədbirləri, eləcə də nadir fauna növlərinin qorunması və ekosistemlərin bərpasına yönələn fəaliyyətləri diqqətə çatdırılıb. Eyni zamanda, mühafizə olunan təbiət ərazilərinin sahəsinin genişləndirilməsinin əhəmiyyəti və iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasında rolu qeyd olunub.
Söhbət zamanı Xəzər dənizinin səviyyəsinin enməsinin səbəblərinin, bu prosesin ekoloji və sosial-iqtisadi təsirlərinin birgə öyrənilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Bu xüsusda problemin qlobal iqlim gündəliyində daha geniş yer almasının vacibliyi vurğulanıb.
Bundan əlavə, gənclərin ekoloji məsuliyyətinin artırılması, eləcə də ətraf mühit və iqlim dəyişiklikləri ilə bağlı biliklərinin genişləndirilməsi məqsədilə UNFCCC ilə birgə ortaq təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub.






















































