18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Leyla Əliyevanın təşəbbüsü ilə Almaniyanın Bonn şəhərində "Dənizlərin enən səviyyəsi, çəkilən sahil xətləri, davamlılıq və qapalı su hövzələrinin gələcəyi: Xəzər dənizi nümunəsi" mövzusunda yüksəksəviyyəli panel müzakirələri təşkil olunub.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir iyunun 8-dən 16-dək BMT-nin iqlim sessiyası (June Climate Meetings - SB64) çərçivəsində keçirilib.
IDEA İctimai Birliyinin, BMT-nin Ətraf Mühit Proqramının (UNEP), COP29 Azərbaycan Sədrliyinin və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tərəfdaşlığı ilə təşkil olunan tədbirin açılışında çıxış edən Leyla Əliyeva dənizlərin, çayların və göllərin hazırda planetimizin ən həssas ekosistemləri sırasında yer aldığını qeyd edib. O, Xəzər dənizində müşahidə olunan səviyyə enməsi, Xəzər suitiləri və digər canlıların sayında azalma kimi məsələlərə toxunub, bu cür çağırışların həllində bilik, təcrübə və davamlı məsuliyyətə əsaslanan yanaşmanın tətbiqinin vacibliyini vurğulayıb. IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən su hövzələrinin təmizlənməsi aksiyaları, balıq körpələrinin suya buraxılması və "Bir Damcı" layihəsi kimi təşəbbüslər qeyd olunub, bu cür addımların suya həyat və davamlılıq mənbəyi kimi məsuliyyətli münasibətin formalaşmasına xidmət etdiyi bildirilib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil, COP31-in baş icraçı direktoru, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank və COP30-un baş icraçı direktoru Ana Toni tədbirin rəsmi hissəsində çıxış edərək, Xəzər dənizinin səviyyəsinin enməsi və qapalı su hövzələrinin ekoloji dayanıqlılığı ilə bağlı yaranan çağırışların qlobal iqlim gündəliyində diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıblar.
Sonra müzakirələr panel sessiyası formatında davam edib. Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, UNEP-in İqlim dəyişikliyi bölməsinin direktoru Martin Krauze, "Great Whale Conservancy" təşkilatının təsisçisi və icraçı direktoru Maykl Fişbax, IDEA İctimai Birliyinin eksperti Elnur Səfərov, Qazaxıstanın Xəzər Dənizi üzrə Elmi-Tədqiqat İnstitutu və Finlandiyanın Oulu Universitetinin tədqiqatçısı Aziza Baubekova və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) SPECA MPTF Fondunun rəhbəri Kəmalə Hüseynli Xəzər dənizində suyun səviyyəsinin enməsinin ekoloji, elmi və sosial-iqtisadi təsirləri ətrafında fikir mübadiləsi aparıblar. Panel müzakirələrinin iştirakçıları bu kimi tədbirlərin elmi bilik və təcrübənin paylaşılması, habelə yeni tərəfdaşlıq imkanlarının yaradılması baxımdan mühüm platforma olduğunu qeyd ediblər.
Tədbir çərçivəsində, həmçinin Xəzər dənizinin ekoloji problemlərinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub.
Panel müzakirələri interaktiv sual-cavab sessiyası ilə yekunlaş






















































