18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Cavid Abdullayev: İlin sonunadək bir neçə bərpaolunan enerji stansiyası istismara veriləcək - AÇIQLAMA VİDEO
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycanda bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalının artırılması istiqamətində işlər davam etdirilir. 2027-ci ilin sonunadək ümumi gücü təxminən 2 giqavat olan 11 Günəş və külək elektrik stansiyasının istismara verilməsi və şəbəkəyə qoşulması nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a açıqlamasında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev deyib.
“Biz bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalını üç mərhələdə nəzərdən keçirdik. Birinci mərhələnin 2027-ci ilin sonunda yekunlaşması nəzərdə tutulur. Bu çərçivədə 11 günəş və külək stansiyasının, ümumi həcmi təxminən 2 giqavat olan 11 stansiyanın istismara verilməsi və şəbəkəyə qoşulması nəzərdə tutulur. Bu məsələ ilə bağlı işləri plana uyğun şəkildə davam etdiririk”, – deyə C.Abdullayev bildirib.
Cavid Abdullayev qeyd edib ki, cari ilin sonunadək bir neçə stansiyanın istismara verilməsi gözlənilir.
O, işğaldan azad edilmiş ərazilərdə də bərpaolunan enerji layihələrinin həyata keçirildiyini bildirib. Qarabağ və Şərqi Zəngəzur üçün müvafiq konsepsiya və tədbirlər planı təsdiqlənib və onların icrası davam edir.
“Bir sıra kəndlərdə tikilən fərdi evlərin üzərində günəş panelləri quraşdırılır. Bununla yanaşı, sənaye miqyaslı bərpaolunan enerji stansiyalarının istismarı ilə bağlı da ciddi tədbirlər həyata keçirilir”, – deyə BOEMDA direktoru vurğulayıb.
O bildirib ki, bp şirkəti tərəfindən “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisi həyata keçirilir. Eyni zamanda, iki 50 meqavat gücündə stansiyanın inşasına başlanılıb.
C.Abdullayev qeyd edib ki, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biridir.






















































