Xəbər Lenti
20-11-2024, 10:48
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
20-11-2024, 10:27
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
20-11-2024, 09:17
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
20-11-2024, 08:58
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
19-11-2024, 08:11
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
18-11-2024, 09:55
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
02 Ara 02:49İqtisadiyyat
"Yaşıl işığ"a doğru...
Ölkəmizin bərpaolunan enerji istehsalında lider olmaq şansı böyükdür
"Yaşıl enerji " məsələləri getdikcə gündəmdə özünə daha geniş yer alır. Start verilmiş layihələr irəliləyir, xarici şirkətlərin və digər qurumların ölkəmizin bu sahədəki potensialına marağı artır, danışıqlar fəallaşır, yeni işlər planlaşdırılır.
Ötən ay da "yaşıl enerji"yə doğru növbəti addımlar atılıb. İlk növbədə Prezident İlham Əliyevin "Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 5 dekabr tarixli sərəncamı ilə yaradılmış komissiyanın yenilənmiş tərkibdə 2-ci iclasının keçirildiyini qeyd edək. İclasda günəş, külək, o cümlədən dənizdə külək enerjisi layihələrinin həyata keçirilməsi, nəzərdə tutulan sahələrin müəyyənləşdirilməsi, minatəmizləmə işləri, layihələrin şəbəkəyə inteqrasiyası prosesi, tikintiyə icazə sənədlərinin verilməsi prosedurları haqqında məlumat verilib. Həyata keçirilməkdə olan "Qaradağ", "Xızı-Abşeron", "Şəfəq" bərpaolunan enerji layihələrinin icra vəziyyəti barədə təqdimatlar dinlənilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada özünü etibarlı tərəfdaş kimi təsdiqləməsi həmçinin bərpaolunan enerji layihələrinə xarici investisiya qoyuluşuna zəmin yaradıb. O cümlədən azad edilmiş ərazilərdə. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə quruda və dənizdə ilkin mərhələdə 4, növbəti mərhələdə isə 6 heqavat gücündə həyata keçiriləcək günəş və külək enerjisi layihələrinin bir qismi məhz işğaldan azad edilmiş əraziləri əhatə edir.
Yeri gəlmişkən qeyd edək ki, həmin ərazilərdə 2022-2026-cı illərdə "yaşıl enerji" zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlərlə ümumilikdə ölkədə bərpaolunan enerjinin inkişafı geniş vüsət alıb. Bu ərazilərin bərpaolunan enerji mənbələri potensialının 10 min meqavata yaxın olduğu bəllidir. Hazırda bp şirkəti ilə Cəbrayılda ildə təxminən 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcəyi proqnozlaşdırılan 240 meqavat gücündə "Şəfəq" Günəş-Elektrik Stansiyasının layihəsi üzrə işlər aparılır.
Kiçik su-elektrik stansiyalarının (KSES) bərpasına, Laçın və Kəlbəcərdə külək-elektrik stansiyalarının inşasına xarici investisiyanın cəlb edilməsi də qarşıda dayanan vəzifələrdəndir. Odur ki, hazırda ümumi gücü 320 meqavatdan artıq 50-dən çox KSES-in bərpa və inşası üçün araşdırmalar gedir. Ümumi gücü 33,4 meqavat olan 7 KSES-in isə bərpa-tikintisi artıq həyata keçirilir.
Zəngilanda "ağıllı kənd" layihəsi də "yaşıl enerji" konsepsiyasına uyğun bərpaolunan enerji mənbələrindən istifadə edilməklə və enerji səmərəliliyi tələbləri nəzərə alınmaqla gerçəkləşir. Qeyd edək ki, "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər təkcə bərpaolunan enerjinin inkişafı ilə məhdudlaşmır, enerji keçidinin bütün komponentləri üzrə fəaliyyəti təşviq edir. Yəni enerjinin ötürülməsində, paylanmasında ən səmərəli və "ağıllı sistem"lərdən, istilik, soyutma və isti su təchizatında, həmçinin küçə və yolların işıqlandırılmasında "yaşıl texnologiyalar"dan, elektrik nəqliyyat vasitələrindən istifadə, elektrik doldurma məntəqələrinin, tikililərin damında günəş panellərinin quraşdırılması, enerji səmərəliliyi kimi çoxşaxəli məsələlər əhatə olunur.
"Cari ilin sentyabrında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri oldum. Bu, mənim üçün böyük şərəfdir. AYİB Azərbaycanda bir çox layihə həyata keçirir və "yaşıl layihələr" mənə xüsusilə zövq verir. Bu gün Azərbaycanın bərpaolunan enerji istehsalında və beynəlxalq nəqliyyat mərkəzinə çevrilməsində lider olmaq şansı var." Bu sözləri isə AYİB-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri K.Mahmudova deyib.
"Gəncədə biz iki belə layihə həyata keçiririk. Birincisi tullantıların emalı və xəstəliklərə yoluxma riskinin azalması, ikincisi bütün şəhərin LED işıqlandırması ilə bağlıdır. Tullantıların təkrar emalı təbiətin qorunmasında və səhiyyə xərclərinin azaldılmasında böyük rol oynayır. Gəncədə şəhər işıqlandırmasının optimallaşdırılmasına da kömək edirik, yəni şəhərdə işıq beş dəfə çox olacaq və xərclər 76 faiz azalacaq", - deyə K.Mahmudova qeyd edib.
Energetika Nazirliyində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə də Azərbaycanın gələcəkdə "yaşıl enerji" ixracı imkanlarına toxunulub, bu istiqamətdə Qara dəniz sualtı elektrik enerjisi və rəqəmsal qoşulma layihəsinin ölkəmiz üçün əhəmiyyətindən bəhs edilib, bu layihədə Dünya Bankının iştirakı vurğulanıb.
Eləcə də nazirliklə Beynəlxalq Maliyyə Korporasiyası arasında imzalanmış dənizdə külək enerjisindən istifadə üzrə əməkdaşlığa dair anlaşma memorandumundan irəli gələn məsələlər, Xəzər dənizinin Azərbaycana aid hissəsinin külək enerjisi potensialının reallaşdırılması üçün atılan addımlar müzakirə edilib.
Bütün bunlar göstərir ki, ölkəmizin həqiqətən də bərpaolunan enerji istehsalında və ixracında lider olmaq şansı böyükdür.