Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Alternativ enerji kömürə “qalib gəldi”
Bərpaolunan enerji mənbələri 2025-ci ilin ilk yarısında qlobal elektrik enerjisi istehsalında ilk dəfə kömürdən irəli keçib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə Beynəlxalq enerji analitikası agentliyi “Ember”in hesabatında qeyd olunur.
Bu dövrdə dünya üzrə elektrik istehsalının 34,2 faizi bərpaolunan mənbələrin – günəş, külək, su və digər təmiz enerjilərin payına düşüb. Kömür isə ümumi istehsalın 33,1 faizini təşkil edib.
Cəmi 5072 teravatt-saat elektrik enerjisi bərpaolunan mənbələrdən, 4896 teravatt-saat isə kömürdən əldə olunub. Günəş və külək enerjisi tələbat artımını tam qarşılayıb, bu da qazıntı yanacaqlarına olan ehtiyacı azaldıb.
Təbii qaz və nüvə enerjisinin payı müvafiq olaraq 20,7 və 9,1 faiz olub. Elektrik istehsalından karbon emissiyaları isə 0,2 faiz azalıb.
Çin və Hindistanda təmiz enerji artımı müşahidə edilib. ABŞ və Avropa İttifaqında isə qazıntı yanacaqlarından istifadə artıb.
“Ember” bildirir ki, bu göstəricilər təmiz enerjiyə keçiddə mühüm bir dönüş nöqtəsini göstərir.























































