Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
Heydər Əliyev vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış Tanrının Azərbaycana bəxş etdiyi bir tarixi şəxsiyyətdir-Könül Nəbizadə
Elə adamlar var genlərində idarəçilik,liderlik,şəxsiyyətlilik ilahi vergidir, buna Allahın bəxş etdiyi liderlik deyilir. Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Əksər siyasi xadimlərin heç birində irəlini görmək və natiq təhlillər aparmaq bacarığı yoxdur, Heyər Əliyev məhz bu şəxsi keyfiyyətlərə sahib fenomenal yaddaşa sahib tarixi şəxsiyyət olub. Bu keyfiyyət yalnız Allah tərəfindən seçilmiş mütəfəkkirlərə verilir, hər dövlət xadiminə xas olmayan üstünlüklər Ulu Tanrının Heydər Əliyevə verdiyi ən ali keyfiyyətlər idi. Azərbaycan xalqının Ümummilli Lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. O, Azərbaycan tarixində, bəlkə də, yeganə siyasət adamıdır ki, fəaliyyəti yalnız konkret sahələri əhatə etmir, həm də ümummilli və qlobal əhəmiyyətli problemlərin aradan qaldırılmasına xidmət edir. Onun xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm səbri, çox hövsələliyi, ədalətli olması, həmişə obyektiv mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi, bitkin tədbirliliyi və analitik təfəkkürü, sadə davranışı, heyrətamiz enerjisi bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətləri idi.
Azərbaycan xalqının yaddaşına Heydər Əliyev müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi əbədi olaraq həkk olunub.
Azərbaycan xalqının gələcək taleyinin müəyyənləşdiyi mürəkkəb dövrdə müstəsna xidmətlər göstərmiş Ulu Öndərimiz hər bir azərbaycanlıların qürur mənbəyinə çevirmişdir.Onun böyüklüyü öz xalqı və dövləti üçün gördüyü misilsiz işlərdə öz əksini tapıb. Ümummilli Lider tutduğu vəzifədən və şəraitdən asılı olmayaraq, ən mürəkkəb məsələlərin məsuliyyətini üzərinə götürərək onların yüksək səviyyədə həllinə nail olmuşdur.
Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində çox böyük yeniliklərə və işlərə imza atıb.
Heydər Əliyev şəxsiyyəti və Onun fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası ilə bağlı deyil və Ulu Öndərin bir siyasətçi kimi fəaliyyəti də Azərbaycandan kənarda da, istər Sovet xalqları müstəvisində və istərsə də Şərqi Avropadan tutmuş, hətta, Afrika ölkələrinə qədər olan xalqların tarixində rol oynamış, onların yaxından tanıdığı və onların həyatına təsir edəcək proseslərə imza atmış bir şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasını məhz Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra deyil, məhz Sovet dövründə Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərliyi dövründə başlatmışdır. Biz bilirik ki, Dövlət Təhlükəsizlik Komitəsi Sovet dövrünün ideoloji və siyasi əsaslarını formalaşdıran, onu idarə edən və yönləndirən əsas orqan idi. Və təəssüf ki, Sovet Azərbaycanı dövründə Ulu Öndər Heydər Əliyevə qədər Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən azərbaycanlı olmamışdır. Onun rəhbərliyi dövründə isə respublikanın təhlükəsizlik orqanlarından Antiazərbaycançı qüvvələr, Azərbaycanı sevməyən müxtəlif xalqların nümayəndələri təmizlənməyə başlandı. Və azərbaycançılıq ideologiyasının əsası , milli özünüdərk prosesinin başlanğıcı elə oradan cücərməyə başladı. Bundan sonrakı mərhələdə Ulu Öndər öz fəaliyyətini siyasi sahəyə keçid etdikdən sonra -1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra başladı. Beləliklə, artıq 1978-ci ildə Ulu Öndərin həyata keçirdiyi fəaliyyət nəticəsində Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi Azərbaycan Konstitusiyasına düşdü. Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən biri məhz budur.
Ulu öndər Heydər Əliyev dahi bir dövlət xadimi kimi Azərbaycan dövlətinin və dövlətçiliyinin mənzərəsini çox aydın şəkildə görür və onun struktur formulasını müəyyənləşdirərək nəyin necə olmasını dəqiq bilirdi. Məhz bunun nəticəsi idi ki, müstəqil Azərbaycan dövləti quruldu. Məhz Ulu Öndərin həmin dövrdə həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan həqiqi müstəqil dövlət kimi tanınır.
Ümummilli lider Heydər Əliyev dünyanı dəyişmiş insanlar cərgəsinə aid etmək olar. XX əsr və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olmuş Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına örnəkdir və gələcək üçün istiqamət verəcəkdir. Bu siyasətin icraçısı Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevdir. Cənab Prezidentimiz İlham Heydər oğlunun rəhbərliyi ilə Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir.
Xalqının xilaskar oğlu, Ulu Öndərimiz Heydər Əliyev əbədi olaraq yaddaşımızda və qəlbimizdədir, hörmətlə Könül Nəbizadə.























































