Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

08 Ara 10:50Manşet / Gündəm / Siyasət

Heydər Əliyevin ideyaları yaşayır, yollarımızı daim işıqlandırır

 

12 dekabr Ümummilli Liderin anım günüdür

 

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından iyirmi il keçir.  Ulu Öndər Heydər Əliyevin vəfatından 20 il ötməsinə baxmayaraq dahi şəxsiyyətin xatirəsi hər birimiz tərəfindən böyük hörmət və ehtiramla yad edilir. 

Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızn tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biridir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti nəticəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdi. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.Heydər Əliyevin dövlət qarşısındakı xidmətləri Azərbaycan tarixinin Şanlı səhifələrini təşkil edir. Dövlətin mənafeyini təməl prinsip kimi qəbul edən Ümummilli Lider müstəqil Azərbaycanin memarıdır.Heydər Əliyev dövrü Azərbaycan tarixinin bütöv bir epoxasını təşkil edir.Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ulu öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. Azərbaycanın dövlət müstəqilliyi Ulu Öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil etmişdir. Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin məğrur və əzmkar fəaliyyəti ilə ölkəmizin müstəqilliyi daha da möhkəmləndi. Bu gün Azərbaycan, tarixin ən qüdrətli dövrünü yaşayır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Milli Ordu quruculuğu yüksək zirvəsinə çatmışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərli ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün davam edən zəfər yürüşünd Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində işğal altında saxladığı tarixi ərazilərimizi düşmən tapdağından azad edərək Ulu Öndərin vəsiyyətini həyata keçirdi.

Bu Qələbənin təməlində isə Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət, ölkə Prezidenti cənab İlham Əliyevin iqtisadi yüksəlişə yönəlmiş dövlətçilik məfkurəsi, sarsılmaz siyasi iradəsi və ordu quruculuğuna sərf etdiyi illərin zəhməti dayanıb.
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir.  Belə şəxsiyyətlərdən biri də Ulu Öndər Heydər Əliyev idi.
 Zamanın axarında Azərbaycan da, həyatımız da tamamilə dəyişib. Dəyişməyən yeganə reallıq xalqın öz böyük oğluna tükənməz məhəbbət və ehtiramıdır. Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ideyaları yaşayır, yollarımızı daim işıqlandırır.

Xalqımız Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq. Ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətə düçar olmuş Azərbaycan xalqı öz xilasına, bugünkü tərÜmummilli Liderin Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmlənməsində xidməti əvəzsizdir. Müasir müstəqil Azərbaycan dövlətinin varlığı dahi Liderin adı ilə bağlıdır. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, vətəndaş müharibəsindən xilas etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək zəruri olan bazanın formalaşdırılmasına məhz həmin illərdə başlamışdır. İqtisadi təməlin qoyulması, kadr hazırlığının yüksək səviyyədə təşkili, ən əsası dövlətin müstəqilliyinin qarantı olan gələcək milli ordunun inkişafına xidmət edəcək mühüm addım kimi qiymətləndirilən Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması və s. bu kimi biri-birindən əhəmiyyətli addımlar müstəqillik dövründə inkişafımızın əsası oldu. Bu gün Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin siyasətinə söykənərək qüdrətli Azərbaycanı müasir şəkildə dünyaya təqdim edir.  Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan böyük izdiham Ulu Öndərin xatirəsinə əbədi ehtiramdan xəbər verir. Bu, milyonlarla insanın öz rəhbərinə bəslədiyi hisslərin parlaq təzahürüdür. Xalqımızın ümummilli lideri, Azərbaycan dövlətinin yaradıcısı və qurucusu, dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri Heydər Əliyevin xatirəsi xalqın qəlbində həmişə yaşayacaqdır. Ulu öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğunun memari idi. Azərbaycan xalqının hər bir nümayəndəsi bu böyük insanı ölkənin milli təhlükəsizliyinin və sosial-iqtisadi rifahının təminatçısı kimi qəbul edirdi. XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcədə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. Çünki tarixdə onun Heydər Əliyev kimi dühası, müdrik rəhbəri var idi. Heydər Əliyev XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada yaxşı tanınan və qəbul edilən bir şəxsiyyət idi.

Ulu Öndərin əziz xatirəsi ədliyyə işçisi olaraq   hər zaman qəlbimdə əbədi yaşayacaq. Dahi rəhbərin yüksək dövlətçilik amallarına hər zaman sadiq qalaraq respublikamızın hərtərəfli inkişafı və müasirləşməsi naminə ölkə başçısının ətrafında sıx birləşərək üzərimizə düşən vəzifələri bundan sonra da böyük məsuliyyət və şərəflə yerinə yetirəcəyik. 

Həmişə olduğu kimi 12 dekabr anım günündə də   bütün xalqımızla yanaşı biz ədliyyə işçiləri olaraq unudulmaz ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin sevgi və ehtiramla yad edirik. Ədliyyə işçiləri olaraq bundan sonra da Ümummilli Lider Heydər Əliyevin banisi olduğu dövlətçilik ənənəsinə sadiq qalaraq dövlət başçısı və Ədliyyə Nazirinin verdiyi tapşırıq və göstərişlərin öhdəsindən layiqincə gəlməyə çalışacayıq. Heydər Əliyev Azərbaycan tarixində müstəqil və suveren dövlətin simvolu, cəsur insan kimi qalıb. Bu gün ölkəmizdə ədliyyə sahəsində əldə olunan bütün uğurlar bu dahi şəxsiyyətin adı ilə bağlıdır.
Misilsiz xidmətlərinə, ölkəmizdəki   əmin-amanlığa, firavanlığa görə Ulu Öndər Heydər Əliyev ədliyyə işçiləri olaraq tərəfimizdən   həmişə minnətdarlıqla xatırlanır və ehtiramla yad olunacaq.

 

Maral Həsənova

Nizami rayon qeydiyyat şöbəsinin rəisi