Menu
Xəbər Lenti
Nazir görüş keçirdi
Dünən, 12:03

Nazir görüş keçirdi

Rəsmilər Zəfər parkında
27-09-2026, 15:24

Rəsmilər Zəfər parkında

09 Sentyabr 2026 10:08Manşet / Dünya

Rusiyada antibiotiklərə davamlı vərəm ştammı aşkar edildi

 

Belarusda geniş yayılan “EurA1.1” vərəm ştammı Rusiyada da qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dublin Şəhər Universitetinin alimlərinin “NPJ Antimicrobials and Resistance” jurnalında dərc olunan tədqiqatında məlumat verilib.

“EurA1” ştammının antibiotiklərə qarşı yüksək davamlılığı (rezistentliyi) ilə fərqləndiyi bildirilir.

Belarus və Rusiyadan başqa, sözügedən ştamm Almaniya, Ukrayna, Gürcüstan və Moldovada da aşkar edilib.

Alimlərin məlumatına görə, patogenin izolyatlarına Avropa qitəsinin böyük hissəsində, eləcə də ABŞ, Avstraliya, Botsvana və İran kimi uzaq ölkələrdə rast gəlinib. Bu da “EurA1”in qlobal miqyasda coğrafi yayılmasından xəbər verir.