AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Antibiotiklərin ömürə təsiri?
Ömrünüz yalnız antibiotiklərin özündən deyil, həm də bir insanın onları necə qəbul etməsindən də təsirlənir.
Sehiyye.info xəbər verir ki, bunu avstraliyalı alimlər Cell Reports jurnalında dərc olunan məqalələrində qeyd ediblər.
Flinders Universiteti, Cənubi Avstraliya Sağlamlıq və Tibbi Araşdırma İnstitutunun tədqiqatçıları bu qənaətə gəlib ki, antibiotik qəbul etdikdən sonra bağırsağı yenidən dolduran mikrobioma növü ömrü qısaldır.
"Antibiotiklərin erkən yaşlarda istifadəsi nəticəsində bağırsaq mikrobiomunun necə dəyişdiyini siçanlarda izlədik.
Gördük ki, antibiotiklərə uzun müddət məruz qalan bağırsaq mikrobiomunun növ müxtəlifliyi xeyli tükənib, əvəzində bağırsaqlarda mikrob "yuvaları" meydana gəlib." - tədqiqat rəhbəri professor Devid Linn bildirib.
Antibiotiklərin təsiri ilə siçanlarda metabolik disfunksiya, həmçinin qanda, qaraciyər və beyin də daxil olmaqla bir çox fərqli toxumalarda iltihab əhəmiyyətli dərəcədə yüksəlib, insulin müqavimətinin artdığı qeydə alınıb.//bizimmedia























































