Əli Cəfərov: “Məqsədimiz Qarabağ döyüşlərinin yaddaşlarda dərin iz buraxmasına nail olmaqdır”
Fəaliyyəti ilə nümunə göstərilən rəhbər – 7 saylı Yol İstismar İdarəsinin rəisi Müşfiq İmranov
Zəhmətkeş və məsuliyyətli rəhbər – Balakən rayon 15 saylı Yol İstismar İdarəsinin rəisi Nizami Sarıyev
bp Əşrəfi-Dan ulduzu-Aypara layihəsi üçün seysmik tədqiqat proqramına dair məlumat yaydı
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev
Dünya və Avropa Cempiyonu Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung-Fu Federasiyasının Hakimlər Kollegiyasının sədri Güloglan Cabbarlı
Binəqədi rayonunda Hacı Taleh adlı iş adamına layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib?
Румия Агаева: «Я не обязана выглядеть «как на обложке», главное, чтобы мне было комфортно» - ВИДЕОИНТЕРВЬЮ
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alındı
2026 perspektivi: Avropa ilə Azərbaycan arasında Kung-Fu sahəsində yeni əməkdaşlıq mərhələsi
Azərbaycanlı müğənnilər mahnı ilə yanaşı, qiymət də oxuyurlar - FANTASTİK MƏBLƏĞLƏR
Zəhmət, məsuliyyət və dövlətə sədaqət nümunəsi – Masallı Rayon 47 saylı Yol İstismar İdarəsinin rəisi Mahmud Bağırov
Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin Rəisi İslam İsmayılov – Hüquqi dəqiqlik, vətəndaş məmnunluğu və dövlətə sədaqət nümunəsi
“Aysberq” Pivə İstehsalat Müəssisəsinin Təsisçisi Qasım Muradov – Sahibkarlıq uğuru, yenilikçi düşüncə və milli iqtisadi inkişafa töfhə
Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Birinci Müavini Anar Oruclu – Peşəkar idarəçilik, sosial məsuliyyət və dövlətə sədaqət nümunəsi
Xaçmaz Gömrük İdarəsinin Rəisi Pərviz Rəhimov – Dövlətə sədaqət, peşəkarlıq və şəffaf idarəçiliyin timsalı
MİLLİ QURTULUŞ GÜNÜ – AZƏRBAYCAN XALQININ TARİXİ QƏLƏBƏSİDİR

Xalqımızın həyatında qürurverici bayramlar çoxdur. Onlardan biri də Milli Qurtuluş günüdür. Xalqımız bu bayramı da möhkəm iradəsi, mübarizliyi nəticəsində əldə etmişdir. Qısaca tarixə nəzər salsaq, doxsanıncı illərdə Azərbaycanın ağır günlər yaşadığının şahidi olarıq.
Azərbaycan Respublikasında qeyd edilən rəsmi bayramlardan biri-Milli Qurtuluş günü 1997-ci ilin 15 iyun tarixindən bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilmişdir.
Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb edən 15 iyun Milli Qurtuluş Günü, dövlətçiliyimizin xilası və sabit inkişafının əsasının qoyulduğu gündür. Bu tarix yalnız siyasi deyil, həm də mənəvi baxımdan Azərbaycan xalqının öz taleyinə sahib çıxmasının rəmzidir.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan, 1990-cı illərin əvvəllərində ağır siyasi, iqtisadi və hərbi böhranla qarşılaşdı. Daxili çəkişmələr, Qarabağ müharibəsi, dövlət çevrilişi cəhdləri və rəhbərlikdəki səriştəsizlik ölkəni parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanlarının tam sabitləşmədiyi bir dövr idi.
Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969–1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi fəaliyyət göstərən Heydər Əliyev xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə qayıtdı və 15 iyun tarixində Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkədə siyasi sabitliyin bərpasına, dövlətçiliyin möhkəmlənməsinə zəmin yarandı. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri kortəbii hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planına xidmət edirdi.
İki illik müstəqillik tarixinə baxmayaraq, ölkədə vəziyyət hələ də sabitləşməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə baş verən qiyam ağır nəticələrə gətirib çıxara bilərdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçılar əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdilər. Vəziyyət nəzarətdən çıxırdı. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkədə çox doğru bir addım atıldı. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi-Ulu Öndər Bakıya dəvət edildi.
Sonralar həmin tarix xalqın tələbi ilə təqvimə Azərbaycan Xalqının Qurtuluş günü kimi salındı. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir. Artıq bir neçə ildir ki, xalq bu günü Heydər Əliyevin məzarını ziyarət etməklə anır. Ulu Öndərin məzarı üstünə gül dəstələri, əklillər qoyulur.


Milli Qurtuluşun nəticələrini aşağıdakı kimi ümumiləşdirmək olar:
- Vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı.
- Müasir dövlət quruculuğu strategiyası müəyyənləşdi.
- Xarici siyasətdə balans və etimad bərpa olundu.
- Neft müqavilələri və iqtisadi inkişafın əsası qoyuldu.
-Ordu quruculuğu və hüquqi islahatlar aparıldı.
Ulu Öndərin Azərbaycan xalqı üçün etdiklərinin, xidmətlərinin sayı-hesabı yoxdur. İstər xarici və daxili siyasətdə, istərsə ordu quruculuğunda, təhsildə, iqtisadi sahədə xalqımız regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Heydər Əliyev irsinin layiqli davamçısı Cənab Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin siyasi kursunu daha da möhkəmləndirmək yolunu tutmuş və uğurlu addımları ilə Azərbaycanın möhkəmlənməsinə nail olmuşdur.

Dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasında Cənab Prezidentimizin ağıllı, uzaqgörən siyasətinə, güclü və müasir ordumuza arxalanırıq.
Milli Qurtuluş gününün müasir dövr üçün əhəmiyyəti olduqca önəmlidir. 15 iyun təkcə bir siyasi dönüş nöqtəsi deyil, həm də xalq-iqtidar birliyinin, tarixi uzaqgörənliyin, milli həmrəyliyin və liderliyin dəyərinin təcəssümüdür. Bu gün, eyni zamanda müstəqil Azərbaycan dövlətinin qorunub saxlanmasının və inkişaf etdirilməsinin simvoludur.
15 iyun – Milli Qurtuluş Günü xalqın öz müdrik seçimini etdiyi gündür. Bu günün mahiyyəti təkcə keçmişlə bağlı deyil, həm də gələcək üçün örnəkdir. Azərbaycanın müstəqilliyi və inkişafı naminə göstərilən səylər, bu tarixin nə qədər əvəzolunmaz olduğunu bir daha sübut edir.
ADPU və MMU-nun professoru H.Hüseynova
MMU, HETİ-nin dosenti Y.Əliyeva























































