Xəbər Lenti
Dünən, 11:44
Adil Əliyevdən Araz Musayevin iddialarına cavab: "Ortada istintaqı yayındırmaq cəhdi var"
Dünən, 10:24
Şahin Seyidzadə: Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüsləri xüsusi əhəmiyyət daşıyır
4-06-2025, 15:27
Elsevər Məmmədov Niderland- Belçika Azərbaycanlıları Koordinasiya Şurasının yeni koordinatoru seçildi
3-06-2025, 11:50
Ağdərədə itkin düşmüş şəhid İbrahimov Sahil Nurəddin oğlu Əmircan qəsəbəsi Şəhidlər xiyabanında dəfn edildi
3-06-2025, 10:31
Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsini icra edən Dürrə Hacıyeva: “Çağdaş Təhsilimizin Banisi – Ulu Öndər Heydər Əliyev”
Azərbaycan enerji diplomatiyasında qlobal gücə çevrilir
Məşhur Məmmədov
Milli Məclisin deputatı
Bakıda keçirilən beynəlxalq tədbirlər Azərbaycanın nüfuzunun daha da yüksəlməsinin, Bakının dünya siyasətinin mərkəzində qərarlaşmasının sübutudur.
Bakı təkcə regionun deyil, dünyanın mühüm siyasi-iqtisadi mərkəzlərindən birinə çevrilməkdədir. Prezident İlham Əliyevin sistemli siyasəti və ardıcıl diplomatik təşəbbüsləri nəticəsində Azərbaycan beynəlxalq əməkdaşlıq üçün etibarlı platforma, enerji təhlükəsizliyi üçün isə strateji tərəfdaş kimi qəbul olunur.
İyunun 2-də Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi – “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji strategiyasının yalnız regional deyil, həm də qlobal miqyasda necə nüfuz qazandığını bir daha sübut etdi. Bu çıxış təkcə iqtisadi göstəricilərin xronologiyası deyil, həm də Azərbaycanın strateji baxışının, liderlik fəlsəfəsinin və dayanıqlı gələcək üçün müəyyən etdiyi yol xəritəsinin təqdimatı idi.
Ölkənin iqtisadi yüksəlişinin tarixçəsinə baxanda sərgidən başlayan yolun enerji diplomatiyasına doğru yüksəlişində peşəkarlığın, uzaqgörənliyin izləri aydın görünür.
1994-cü ildə təşkil olunan ilk neft-qaz sərgisi Azərbaycanın müasir inkişaf tarixində dönüş nöqtəsi oldu. Məhz həmin il “Əsrin müqaviləsi” imzalanaraq, Azərbaycanın zəngin enerji ehtiyatlarının dünya bazarlarına inteqrasiyasına yol açdı. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu yolun başlanğıcı böyük uzaqgörənliklə atası, ümummilli lider Heydər Əliyev tərəfindən qoyuldu. O zaman ölkə daxili siyasi qarşıdurmalar, iqtisadi böhran və sosial gərginlik içində idi. Buna baxmayaraq, enerji sahəsində beynəlxalq əməkdaşlığa açılmaqla Azərbaycan həm öz iqtisadi gələcəyini, həm də siyasi müstəqilliyini möhkəmləndirdi.
Bu gün isə 30 ildən sonra Bakı təkcə sərgilərin deyil, mühüm siyasi qərarların da qəbul edildiyi mərkəzə çevrilib. Prezident İlham Əliyevin liderliyi altında ölkə beynəlxalq enerji siyasətinin etibarlı tərəfdaşına çevrilib və artıq COP29 kimi qlobal iqlim sammitinə ev sahibliyi edəcək qədər nüfuz qazanıb.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki nitqində vurğulanan əsas məqam ondan ibarət idi ki, Azərbaycanın enerji siyasəti sırf iqtisadi məqsədlərlə məhdudlaşmır. Əksinə, bu siyasət ölkənin ümumi inkişaf modelinin təməlini təşkil edir. Əgər ötən əsrin 90-cı illərində Azərbaycan investorlar üçün riskli ölkə hesab edilirdisə, bu gün biz regionun ən sabit və proqnozlaşdırılan iqtisadiyyatlarından birinə sahibik.
Bu sabitlik neft və qaz gəlirlərinin düzgün idarə olunması və insan kapitalına yönəldilməsi ilə əldə olunub. Azərbaycanın maliyyə ehtiyatları xarici borcunu 14 dəfə üstələyir. Yoxsulluq 5 faiz səviyyəsinə enib. Təhsil və savadlılıq səviyyəsi isə təqdirəlayiq şəkildə 100 faizə yaxındır. Bütün bu rəqəmlər ölkənin gələcəyə nə qədər hazır və dayanıqlı olduğunu göstərir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan artıq sadəcə enerji ixrac edən ölkə deyil, həm də enerji təhlükəsizliyinin təşəbbüskarı və təminatçısıdır. Xəzər dənizindən İtaliyanın sahillərinədək uzanan Cənub Qaz Dəhlizi Azərbaycanın nə qədər irimiqyaslı və strateji layihələrə imza atdığını göstərir. Təsadüfi deyil ki, Azərbaycan bu gün artıq 12 ölkəyə təbii qaz ixrac edir və bu coğrafiya daim genişlənir.
Daha da əhəmiyyətlisi, neft və qazla zəngin olan ölkə yaşıl enerji sektoruna da paralel olaraq böyük sərmayələr yönəldir. Bu yanaşma ölkənin məsuliyyətli enerji siyasətinə sadiqliyini və uzunmüddətli planlamasını əks etdirir. 2030-cu ilə qədər Azərbaycanın ümumi enerji istehsalında bərpaolunan mənbələrin payı 35 faizdən çox olacaq. Bu, həm daxili tələbatı qarşılamaq, həm də təbii qaz ixracını artırmaq üçün strateji balans yaradır.
Ölkə rəhbərinin çıxışında xüsusi vurğuladığı Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkənin beynəlxalq nüfuzunun və qlobal ekoloji məsələlərdə fəal rolunun ən bariz nümunəsidir. Prezident İlham Əliyev bu tədbirdə real hədəflər və praqmatik gündəlik əsasında çıxış edərək, populist şüarlardan uzaq mövqe sərgilədi. Azərbaycanın təşəbbüsü ilə inkişafda olan ölkələr üçün ayrılan yardım vəsaitləri 100 milyard dollardan 300 milyarda qaldırıldı, İtki və Zərər Fondu yaradıldı və karbon bazarı praktik mexanizmə çevrildi.
Ən önəmlisi isə Qlobal Cənub və Qlobal Şimal arasında körpü qurmaq ideyası idi. Bu təşəbbüs Azərbaycanın beynəlxalq münasibətlərdə yalnız enerji və iqtisadiyyat sahəsində deyil, həm də humanitar və diplomatik arenada fəal rol oynadığını göstərir.
Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı ölkənin enerji diplomatiyasının növbəti zirvəsini göstərdi. Bu tədbirdə səslənən fikirlər Azərbaycan üçün sadəcə bir enerji platformasından çox, qlobal miqyasda etibarlı tərəfdaş imicini daha da möhkəmləndirən bir “Bakı sıçrayışı”nın rəmzi oldu.
“Bakı sıçrayışı” ifadəsi Azərbaycan neftinin tarixində yeni bir keyfiyyət mərhələsini, enerji sahəsində yalnız xammal ixracatçısı deyil, həm də enerji təhlükəsizliyinin qlobal təminatçısı rolunu ifadə edir. Bakı artıq təkcə neft paytaxtı deyil, həm də enerji keçidinin, yaşıl enerjiyə transformasiyanın və regional əməkdaşlığın əsas mərkəzidir.
Prezidentin çıxışında yer alan konkret mesajlar, Azərbaycanın Avropa üçün alternativ enerji marşrutu rolunu gücləndirməsi, elektrik enerjisi ixracı, bərpaolunan enerji layihələrinin sürətlənməsi və regional təşəbbüslərdə aktiv iştirakı “Bakı sıçrayışı”nı reallığa çevirən əsas göstəricilərdir.
Bu sıçrayış sadəcə enerji sahəsinə deyil, Azərbaycanın iqtisadi inkişafına, geosiyasi çəkisinə və beynəlxalq nüfuzuna da mühüm təsir göstərməkdədir.
“Bakı sıçrayışı” ifadəsi artıq yalnız COP29-la deyil, bütövlükdə Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yolu ilə assosiasiya olunur. Bu sıçrayışın arxasında isə güclü liderlik, strateji baxış, xalqın dəstəyi və böyük milli iradə dayanır.