Xəbər Lenti
Bugün, 12:28
Lənkəran ŞİH başçısı yanında payız-qış mövsümünə hazırlıqla bağlı aparat müşavirəsi keçirilib
Dünən, 15:35
350 min manatı şəxsi məqsədləri üçün xərcləyib - “Azərişıq” ASC-nin adı MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Dünən, 11:03
Fatma Yıldırım:Bakı İqlim Həftəsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunun davamıdır
9-09-2026, 20:11
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
9-09-2026, 19:41
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına ən xoş və səmimi təbriklərimi yetirməkdən böyük məmnunluq duyuram.
Son illərdə Sizin rəhbərliyinizlə bütün sahələrdə həyata keçirilən genişmiqyaslı və səmərəli islahatlar nəticəsində xalqınızın həyat səviyyəsi və rifahı durmadan yüksəlir, tarixi ədalət bərpa olunur, ölkənizin beynəlxalq müstəvidə nüfuzu və etibarı bütün istiqamətlərdə artır. Bütün bu mühüm nailiyyətlər qardaş xalq kimi bizə böyük məmnunluq bəxş edir.
Əminəm ki, birgə qətiyyətli səylərimiz sayəsində Özbəkistan ilə Azərbaycan arasında davamlı olaraq inkişaf edən çoxşaxəli və uzunmüddətli əlaqələr bundan sonra da genişlənəcək, gələcəkdə yüksək səviyyəli danışıqlarımız nəticəsində strateji tərəfdaşlığımız tamamilə yeni səviyyəyə yüksələcək.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə və bütün ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni müvəffəqiyyətlər, dost Azərbaycan xalqına isə sülh, davamlı inkişaf və firavanlıq diləyirəm".























































