Xırdalanda gözəlliyin ünvanı – “Beauty Bar” gözəllik salonu ilə təpədən dırnağa baxım cəmi 30 Manata
Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova : Ulu Öndər Heydər Əliyevin xatirəsinə dərin hörmət və ehtiramı
Ulu Öndərin mənəvi irsinə sadiqlik – Məhərli Əvəzəlinin Heydər Əliyevə dərin ehtiramı
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
"Embawood" şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: Ulu Öndər – Azərbaycanı zamanın sınaqlarından keçirən böyük şəxsiyyət
Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilir
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, BMT-nin Azərbaycan Nümayəndəliyinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.
“Report”un xəbərinə görə, toplantıda Azərbaycanın Ombudsmanı, BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Vladanka Andreeva, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BMT-nin Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə Baş müşaviri Vladimir Şkolnikov, Vəkillər Kollegiyasının sədri Anar Bağırov və digər şəxslər iştirak edirlər.
Tədbiri giriş sözü ilə açan Ombudsman bu il qəbul olunmasının 75-ci ildönümü qeyd olunan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin BMT-yə üzv dövlətlərin, o cümlədən Azərbaycanın milli qanunvericilik bazasının formalaşması üçün əsas və nümunə olduğunu bildirib.
Müvəkkil ölkəmizdə insan hüquq və azadlıqlarının təmin və təşviq edilməsinin daim diqqət mərkəzində saxlanıldığını, qanunvericilik bazasının beynəlxalq hüquq normalarına müvafiq olaraq mütəmadi təkmilləşdirildiyini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi prosesinin sürətləndirilməsi üçün geniş imkanların yaradıldığını qeyd edib.























































