Xəbər Lenti
1-06-2026, 21:41
Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
1-06-2026, 21:35
“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
1-06-2026, 17:09
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
30-05-2026, 22:46
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
30-05-2026, 22:24
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
30-05-2026, 17:27
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 17:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 22:18
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 21:40
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Ombudsman Avropa İnsan Hüquqları Məhkəməsinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Strasburqa səfəri çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Robert Spano ilə görüşüb.
Ombudsman Aparatından verilən məlumata görə, görüş zamanı tərəflər arasında insan hüquqları sahəsində müxtəlif məsələlərə dair qarşılıqlı müzakirə aparılıb.
S.Əliyeva Ombudsman Aparatı ilə Avropa Şurası arasında əməkdaşlıq əlaqələrindən danışarkən təsisatın ayrı-seçkilik üzrə fəaliyyətinin gücləndirilməsinə verilən dəstəyi də qeyd edib. Ombudsman bu mövzuda paytaxt və regionlarda keçirilən təlimlərdə vətəndaş cəmiyyəti nümayəndələrinin də fəal iştirak etdiyini diqqətə çatdırıb.
Ombudsman çıxışında informasiya əldə etmək hüququnun təmininə nəzarət funksiyası ilə bağlı fəaliyyətin genişləndirildiyini, maarifləndirmə tədbirlərinin təşkil olunduğunu və bu hüququn pozulması halları ilə bağlı protokollar tərtib olunduğunu qeyd edib.
Görüşdə Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq milli qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə Ombudsman tərəfindən verilmiş təkliflər barədə də danışılıb.
Bununla yanaşı, Ombudsman tərəfindən Konstitusiya Məhkəməsinə müxtəlif məzmunlu sorğular göndərildiyi nəzərə çatdırılıb. S.Əliyeva həmçinin Ombudsmanın illik məruzələrində verilən təkliflərin həyata keçirilməsi ilə bağlı təcrübə haqqında da geniş məlumat verib.
Ombudsman görüşdə onu da bildirib ki, postmüharibə dövründə Azərbaycanın azad edilmiş ərazilərinə təhlükəsiz qayıdışa və bərpa-quruculuq işlərinin tam sürətlə aparılmasına ən böyük əngəl Ermənistanın həmin ərazilərdə basdırdığı minalar və onların düzgün xəritələrini təqdim etməməsidir. Bundan başqa, qarşı tərəfin hələ də Azərbaycana 30 ilə yaxındır ki, itkin düşmüş hesab olunan 4 minə yaxın soydaşımız barədə məlumat vermədiyi nəzərə çatdırılıb.
Görüş zamanı R.Spanoya Ombudsman təsisatının yeni hazırlanmış və xarici dillərə tərcümə olunmuş hüquqi maarifləndirici nəşrləri, habelə müharibə və postmüharibə dövründə Ombudsmanın fəaliyyətini əks etdirən materiallar toplusu təqdim olunub.























































