Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

26 Ağu 10:30Manşet / Gündəm

Birinci xanım Mehriban Əliyevanın doğum gününə ÖZƏL TƏBRİK

 

u gün Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür. 
1964-cü ilin bu günündə - 26 avqust tarixində ziyalı ailəsində dünyaya göz açan Mehriban Əliyeva yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquluyevin nəvəsidir. Atası Arif Paşayev alim və anası Aida İmamquliyeva göz həkimi olub. 
Mehriban Əliyeva 1982-ci ildə orta  məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. O, müsahibələrinin birində peşə seçimini bu cür dəyərləndirir:
“Ağlım kəsəndən bəri başqa alternativim olmayıb. Anam şərqşünas-alim idi. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq etmişdir. Lakin məktəbi bitirdikdən sonra sənədlərini tibb institutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutmuşlar və nəticədə o, görkəmli filoloq olmuşdur. Bax onun bu baş tutmamış arzusu mənim seçimimi müəyyənləşdirmişdir. İxtisas seçimimə isə İlhamın anası – həkim-oftalmoloq Zərifə xanım təsir göstərmişdir”.
Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyev ilə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və beş nəvəsi  var.
Həyat yoldaşı İlham Əliyev Mehriban xanımı belə xarakterizə edir:
“Təbii ki, hər bir ana kimi, mənim də anam gəlin tapmağa çalışırdı. Amma Mehribanla tanış olanda özlüyümdə qərara aldım ki, bax, bu qız xoşuma gəlir. ... Əlbəttə, zahiri görünüş böyük rol oynayır. Amma onun daxili aləmindən gələn və indi də gəlməkdə olan mehribanlıq, yəqin ki, zahiri görkəmi ilə yanaşı daha çox cəlb edirdi”.
2 fevral 2017-ci il tarixində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.
Biz, ATATV. AZ, AZADTV. AZ, İctimai Xəbər Agentliyi MMC-nin  və MİLLİMƏCLİSTV saytının təsisçisi və baş redaktoru  Rəsafil Bayramov başda olmaqla bütün  kollektiv dəyərli Mehriban xanım Əliyevaya can sağlığı, işlərində uğurlar arzu edirik. Onun xoşməramlı səfir olaraq ölkəmizdə və dünyada həyata keçirdiyi genişmiqyaslı işlər, böyük layihələr təqdirəlayiqdir. Xalqımız, dövlətimiz belə güclü xanımların və onların mənəvi dəstəyi ilə hər ötən gün inkişaf edir və böyük layihələrə imza atır. Xüsusilə Mehriban Əliyevanın ölkədəki uşaqlara, milli mədəniyyətimizə qarşı olan xüsusi qayğısı biz jurnalistlərin daim diqqətindədir və bu cür xüsusi qayğı danılmazdır ki, lider  şəxslərin mənəvi gücündən, mətin iradəsindən, uzaqgörən siyasətindən irəli gəlir. Bir daha Mehriban xanıma gələcək işlərində uğurlar diləyir, ölkəmiz adına daha böyük layihələrə imza atmağı arzu edirik. Sizin iradəniz bizim qələm gücümüzü artırır, daha da riqqətə gətirir. Hər zaman bu xalqın, bu dövlətin arxasında mətin dayanıb onu inamla layihələlərinizlə dünya arenasına çıxarın, əziz Mehriban xanım! 


 ATATV.AZ, AZADTV. AZ, MİLLİMƏCLİSTV və İctimai Xəbər Agentliyi MMC-nin təsisçisi, baş redaktoru Rəsafil Bayramov