26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb - Yenilənib
Hazırda Bakı metrosunda problem yaranıb.
“Qafqazinfo” xəbər verir ki, metronun “Xalqlar Dostluğu” stansiyasına daxil olan qatar yola düşmür. Nəticədə platformada çox sayda sərnişin toplanıb.
Rəsmi verilən elana görə, qatarların hərəkətində texniki nasazlıq yaranıb, sərnişinlərdən yerüstü nəqliyyatdan istifadə etmələri tövsiyə edilir.
Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Qafqazinfo”ya problemin yaxın dəqiqələrdə həll ediləcəyini bildirib, hər hansı təhlükəli vəziyyətin olmadığını qeyd edib.
***
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb:
“Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılıb. Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub.
Həmin müddət ərzində Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edib.
Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik”.
Gülşən Raufqızı




























































