Xəbər Lenti
Dünən, 20:23
Vətənpərvər insan, keçmiş Quba Rayon İcra Başçısı Rauf Həbibov: "Dövlətə sədaqət andı, elin adamı"
Dünən, 19:25
Azərbaycanın Xalq Artisti Yevgeniya Nevmerjitskaya – 60 illik səhnə yubileyi təntənə ilə qeyd olundu. VİDEO
Dünən, 17:14
Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov: “Peşəkarlıq və sağlamlığın keşikçisi”
13-10-2025, 15:24
İctimai xadim Pərvanə İmamquliyeva: “Almaniyada Azərbaycan diasporu Vətən Azərbaycana sədaqət nümayişi”.
13-10-2025, 10:10
Şahin Mustafayev: "Azərbaycan, İran və Rusiya rəsmiləri sabah infrastruktur obyektlərinə baxış keçirəcəklər"
13-10-2025, 09:39
Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası işə başlayıb: İlham Əliyev iştirakçılara müraciət edib
13-10-2025, 09:19
Şahin Mustafayev: "2028-dən Şimal-Cənub dəhlizi ilə Azərbaycandan ildə azı 5 milyon ton yük daşınacaq"
12-10-2025, 16:55
Bakıda 93 ölkənin hakimlərini bir araya gətirən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası keçirilir.
12-10-2025, 15:28
Bakı şəhəri 56 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynova təhsil ocağını öz “qanunları” ilə idarə edir? FAKT/İDDİA
12-10-2025, 11:59
Şəhid leytenant Teymur Abbasovun anım günü məzun olduğu S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında qeyd edilib.
12-10-2025, 11:38
Qərbi Azərbaycan Xronikası: "İran" adından əvvəl Səfəvilər, Əfşarlar, Qacarlar gerçəyi var"
12-10-2025, 11:34
Pakistanın baş naziri Əfqanıstanla sərhəddə baş vermiş silahlı toqquşmalardan danışıb
12-10-2025, 11:19
Gürcüstan ərazisinə daxil olmamış şəxslərin sığınacaq müraciətləri bundan sonra birbaşa sərhəddə araşdırılacaq.
Pezeşkian qalib gəlsə, İran siyasətində nə dəyişəcək? (ŞƏRH)
"Pezeşkian qalib gələrsə, İranın xarici və daxili siyasətində müəyyən yumşalma və dəyişikliklərin olacağını gözləmək olar".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu İranda prezident seçkilərinin ikinci turda Azərbaycan əsilli Məsud Pezeşkianın qalib gələcəti halda Tehranın siyasətində hansısa dəyişikliklərin olub-olmayacağını şərh edərkən deyib.
Ekspertin fikrincə, Pezeşkian hakimiyyətə gəlsə, Qərblə dialoqun bərpa edilməsi mümkündür:
"Düzdür, açıq deyək ki, hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, İranın daxili və xarici siyasətinin əsas elementlərini müəyyənləşdirən sistemin özüdür. Heç bir qalib gələn şəxs sistemin bəlirlədiyi cizgilərdən kənara çıxa bilməz. Amma Pezeşkianın prezident olması fonunda müəyyən yumşalmaların şahidi ola bilərik. Onun gəlişilə Qərblə dialoqun yenidən bərpa edilməsindən tutmuş, qonşularla münasibətlərdə müəyyən yumşalmaların, korrektlərin şahidi olmaq mümkündür".
Ekspert hesab edir ki, bu yumşalma, dəyişiklik təkcə xarici deyil, daxili siyasətdə də özünü göstərə bilər:

"Pezeşkian qalib gəlsə belə, Tehranın Ukraynada müharibə aparan Rusiyaya münasibətdə siyasəti dəyişməyəcək. İranla Rusiya münasibətləri hər iki ölkənin geosiyasi hədəflərinə yönəlik, müəyyənq arşılıqlı faydalardan doğan münasibətdir. Bu mənada Tehranın Moskva ilə müttəfiqlik münasibətlərində hansısa bir dəyişikliklərin şahidi olmayacağıq. Qərblə dialoqda isə dəyişiklik ola bilər. Məsələn, Tehran Vyana razılaşmasına geri dönə bilər. Bu istiqamətdə dialoq bərpa edilə bilər".
Vüqar Zifəroğlu qeyd edib ki, Pezeşkian qalib gələrsə, daxili siyasətdə baş örtüyü məsələsində yenilik etməyəcək:
"Baş örtüyü məsələsi İran sistemində qırmızı cizgidir. Bu mənada hansı namizəd qalib gəlsə də, həmin məsələdə ciddi addımların olacağını düşünmürəm. Çünki bu dəyişikliyə getmək sistemin özündə dəyişiklik demək olacaq. Lakin əxlaq polisi ilə bağlı məsələdə müəyyən yumşalmalar ola bilər. Habelə, İranda yaşayan digər xalqların hüquq tanınmalarının həyata keçirilməsinə də gedilə bilər".
Pezeşkianın prezident olması fonunda İranın Azərbaycanla münasibətlərinə gəlincə, Vüqar Züfəroğluna görə, bu münasibətlər daha da yaxşılaşa bilər:
"İranın oturuşmuş Cənubi Qafqaz siyasəti var. Bu siyasətində də Azərbaycan önəmli faktordur. Ən azından ona görə ki, İranda 40 milyonluq soydaşımız yaşayır. Pezeşkian qalib gəlsə, bu münasibətlər daha müsbət və daha sürətli formada yaxşılaşmağa doğru gedə bilər. Ermənistanın Qərb siyasətilə bağlı Tehranın müəyyən narahatlıqları var. Bu mənada yeni prezidentlərin Azərbaycanla münasibətlərə daha korrektəli və daha dəqiq yanaşacaqlarını düşünürəm"
.
Qeyd edək ki, İranda prezident seçkiləri üzrə ikinci tur iyulun 5-də keçiriləcək. Bu dəfə yarışda azərbaycanlı islahatçı namizəd Məsud Pezeşkianla mühafizəkar qanadın nümayəndəsi Səid Cəlili iştirak edəcəklər.
Rüfət Sultan