Xəbər Lenti
11-10-2026, 12:30
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
11-10-2026, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
9-10-2026, 10:24
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
8-10-2026, 16:30
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
04 Aprel 2023 05:07Siyasət
Tehranın Bakıya iddiaları “tapmacadır” – Markov

İranla Azərbaycan arasında yaranan hazırkı gərginliyin səbəbləri dünya analitikləri üçün tapmacadır. “Bir neçə ay ərzində nə dəyişdi” sualına aydın və dəqiq cavab vermək çətindir.
Bu sözləri rusiyalı siyasi şərhçi Sergey Markov deyib.
O bildirib ki, bununla bağlı ekspertlər müxtəlif fərziyyələr irəli sürür:
“İran və Ermənistanın dostluq münasibətləri Bakı və Tehran arasındakı mövcud gərginliyin yaranma səbəblərindən biri ola bilər. İran İrəvanı öz tabeçiliyindəki müttəfiqi kimi görür. Azərbaycanla Ermənistan arasında bir balaca gərginlik yaranan kimi Tehran öz balaca müttəfiqini, yəni Ermənistanı dəstəkləyir. İran həm də ehtiyat edir ki, Zəngəzur Azərbaycanın nəzarətinə keçər”.
Markov bildirib ki, Güney azərbaycanlıların hüquq və azadlıqları məsələsi də iki ölkə arasındakı gərginliyə təsir edən amillərdən ola bilər:
“İranda yaşayan azərbaycanlıların milli kimliklərinə və insan haqlarına hörmət olunmur. Onların müstəqil Azərbaycanla birgə yaşayış forması tapmaq və ya birləşmək kimi böyük istəkləri var. Bu isə İranda daxili böhrana və ərazi bütövlüyünün pozulmasına gətirib çıxara bilər”.
Politoloqun fikrincə, əsas səbəblərdən biri İranın şiə dünyası ilə bağlı iddialarıdır:
“İran özünü yalnız sərhədləri daxilində məhdudlaşdırmır, həm də şiə ölkəsi kimi görür. Bir növ özünü şiəçiliyin mərkəzi hesab edir. İran bütün şiələri aktiv şəkildə idarə etmək iddiasındadır. Hesab edir ki, bütün şiələr bu cəmiyyətin üzvüdür. Azərbaycanda əhalinin böyük hissəsi müsəlmandır və şiə məzhəbindəndir. Bu məsələdə özünü Azərbaycanın lideri kimi təsəvvür edir. Odur ki, Bakının müstəqil siyasət aparması xoşuna gəlmir. Yəni Azərbaycan siyasi baxımdan İrana tabe olmur. İranın qatı düşməni olan İsrail kimi ölkələrlə əlaqə qurur. İranda həyata keçirilən sərt dini normaları Azərbaycan tətbiq etmir. Əksinə, Azərbaycan dünyəvi normalarla yaşamağa can atan müsəlman dünyasının lider ölkələrindəndir”/axar.az























































