26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Bu qidaları acqarına qəbul etmək təhlükəlidir
Məsləhət görülməyən qida məhsullarının ac qarına qəbul edilməsi 2-ci tip şəkərli diabet və ya ürək-damar sisteminin işində patoloji dəyişiklərə səbəb ola bilər.
“Qafqazinfo” xəbər verir ki, xüsusilə boş, qida ilə doldurulmamış mədə kofein almamalıdır.
Yuxudan oyanandan sonra acqarına qəbul edilən bir fincan qəhvə xoşagəlməz fəsadlara gətirib çıxara bilər, çünki mədədə xlorid turşusu istehsalını stimullaşdırır və selikli qişanı qıcıqlandırır.
Bundan başqa, un məhsulları, xüsusilə, sənaye istehsalı un məhsulları, acqarına istehlak edilmək üçün təhlükəlidir. Mağazadan alınan çörəklər, tostların tərkibində yüksək dozada şəkər, transyağlar ola bilər. Qəbul edildikdən sonra belə qida məhsulları qanda şəkəri kəskin şəkildə artırır, insulin ifrazını çoxaldır. Mütəmadi olaraq səhərlərin bu cür qida məhsulları ilə başlanması çəkidə artım, prediabet və 2-ci tip şəkərli diabetə səbəb ola bilər.
Enerji dəyəri baxımından dənli bitkilər, müsli və quru yeməklər zərərli hesab olunur.
Bundan əlavə, səhər yeməyində təzə sıxılmış şirələr, çiy tərəvəz və meyvələrə yer yoxdur. Bu qida məhsulları və içkilər turşular, şəkər və qaba liflə zəngindir - acqarına istehlak edildikdə, bütün bunlar mədə-bağırsaq traktının zərif toxuması üçün təhlükəli olur, insanı qastrit, mədə xorası, qıcqırmaya meylli edir.
Fermentləşdirilmiş süd məmulatları da acqarına yeyildikdə təhlükəlidir. Bu cür qida məhsulları həzm traktında faydalı bakteriyaların fəaliyyətini stimullaşdırır, lakin bu, mədədə müəyyən qidaların olması şərtilə baş verir.























































