Xarici işlər naziri: "Azərbaycanda 124 İsrail şirkəti fəal iş və layihələr həyata keçirir"
İzmir Ədalət Məhkəməsində Azərbaycan Respublikasının vətəndaşına bəraət verilmişdir
Space TV də yayımlanan "Qarabağ Azərbaycandır!" verilişi bu dəfə qəhrəmanlar diyarı olan Beyləqana səfər etdi.
"Evdəkilər nə iş gördüyümü bilsəydilər, yeyib-içdiyimi burnumdan gətirərdilər" - "Qumar milyonçuları"nın MƏHKƏMƏSİ
Sağlamlıqla oynayanlar, Susdurulan zərərçəkən və şübhə doğuran qərar: Prokurorluq nəyi gizlədir? FOTO/VİDEO
Baş rol ifaçısı Doğukan Güngör Türkiyənin məşhur "Kızılcık şerbeti" serialını tərk etməli oldu
Marsda saat Yerdən sürətli işləyir
ABŞ-nin Milli Standartlar və Texnologiyalar İnstitutunun fizikləri ilk dəfə olaraq Marsda saatların Yerlə müqayisədə nə qədər sürətlə işlədiyini hesablayıblar.
“Qafqazinfo” xəbər verir ki, “The Astronomical Journal”da dərc olunan araşdırmaya görə, Mars sutkası Yer vaxtından təxminən 477 mikrosaniyə irəlidədir.
Qeyd olunub ki, bu, orta göstəricidir, lakin planetin orbiti və səma cisimlərinin təsiri səbəbindən Mars ili ərzində bu fərq ±226 mikrosaniyə dəyişə bilər. Belə ki, Eynşteynin nisbilik nəzəriyyəsinə əsasən, zamanın axışı qravitasiya və obyektin sürətindən asılıdır. Qırmızı planetdə cazibə qüvvəsi Yerdəkindən demək olar ki, üç dəfə az olduğundan, orada yerli vaxt “sürətlənir”.
Alimlər qeyd edirlər ki, saatların sabit olaraq 56 mikrosaniyə sürətli işlədiyi Aydan fərqli olaraq, Marsda gündəlik əhəmiyyətli tərəddüdlər müşahidə olunur. Yarım millisaniyədən az olan bu fərq cüzi görünsə də, rabitə və naviqasiya üçün olduqca kritikdir. Müasir 5G şəbəkələri 0,1 mikrosaniyə dəqiqlik tələb edir, planetlərarası əlaqə üçün isə daha ciddi standartlar lazımdır.
Mütəxəssislər əmindirlər ki, bu hesablamalar gələcəkdə təkcə Yer üçün deyil, Ay, Mars və digər planetlər üçün vahid standart rolunu oynayacaq “Günəş” zaman sisteminin əsasını təşkil edəcək.























































