Menu
Xəbər Lenti
FHN təlim keçirdi
Dünən, 11:08

FHN təlim keçirdi

Bəzi yollarda tıxac var
11-09-2026, 10:06

Bəzi yollarda tıxac var

Putin Hindistandadır - Video
11-09-2026, 09:31

Putin Hindistandadır - Video

05 Mart 2025 07:43Manşet / Dünya

“Marsda bayrağımızı qaldıracağıq”

 

“ABŞ gələcəkdə Marsda öz bayrağını qaldıracaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı danışıb. 

Onun sözlərinə görə, ABŞ kosmosun tədqiqində lider ölkə olacaq: “Biz elmin sərhədsiz üfüqlərini fəth edəcəyik və Amerika bayrağını Mars planetində, hətta onun hüdudlarından çox uzaqlarda qaldıracağıq”.

Xatırladaq ki, amerikalı biznesmen, “SpaceX” şirkətinin təsisçisi İlon Mask 2024-cü ilin sentyabrında iki ildən sonra Marsa kosmik gəmi göndərmək planları barədə danışıb. Bildirilib ki, kosmik gəmilərin göndərilməsində məqsəd planetə enişin təhlükəsizliyini yoxlamaq olacaq. Onun sözlərinə görə, sınaqlar uğurlu olarsa, Marsa ilk pilotlu uçuşlar 4 ildən sonra başlayacaq.