Xəbər Lenti
11-10-2026, 12:30
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
11-10-2026, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
9-10-2026, 10:24
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
8-10-2026, 16:30
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
İranla Rusiya arasındakı strateji tərəfdaşlıq sazişinin Azərbaycan üçün təhlükəsi varmı? (ŞƏRH)
"İran-Rusiya arasında imzalanacaq strateji tərəfdaşlıq sənədi Qərbə qarşı yönəlib, Azərbaycana qarşı yönəlməyib".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri İran prezidenti Məsud Pezeşkianın Rusiyaya gözlənilən səfəri və bu fonda Moskva ilə Tehran arasında imzalanması gözlənilən strateji tərəfdaşlıq sazişinin Azərbaycana mümkün təsirlərini şərh edərkən deyib.
Natiq Miri bildirib ki, bu, hərbi ittifaq sənədi deyil. Strateji tərəfdaşlıq müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsinə yönəlir:
"Burada da əsas məsələlər iqtisadi-ticari, enerji, nüvə əməkdaşlığı, müdafiə və təhlükəsizlik məsələləridir. İndiki vəziyyətdə belə bir sənədin imzalanması İran və Rusiyanın geosiyasi maraqlarına xidmət edir. İran İsrailin Yaxın Şərqdəki son hərəkətləmələri fonunda onun növbəti hücumuna məruz qalacağından əndişələnir. Düşünür ki, bu hücum zamanı nüvə obyektlərinin tamamilə məhv edilməsi də həyata keçirilə bilər. Məlumatlara görə, İran uranın zənginləşdirilməsini 80 faizə çatdırıb. Deməli, artıq İran nüvə silahı əldə etmək ərəfəsindədir. Bu baxımdan, İran Rusiya ilə strateji tərəfdaşlıq sənədini imzalamaqla təhlükəsizlik, hərbi və digər istiqamətlərdə qarşılıqlı yardımı özündə ehtiva edəcək bir sənəd imzalayır. İranın hava məkanı qorunmasız haldadır. İsrail müttəfiqlərilə birgə İrana qarşı hava hücumunu rahatlıqla həyata keçirə bilər. İranın müasir havadan müdafiə vasitələri və yeni qırıcılara ehtiyacı var ki, onu da Rusiyadan əldə edə bilər".

Ekspert qeyd edib ki, Rusiyanın özünün də İrana ehtiyacı var:
"Çünki Ukrayna müharibəsi bitməyib və hələlik bitəcəyi gözlənilmir. Trampın belə bu istiqamətdə fəaliyyət planı yoxdur. Onun əldə olunması da zaman aparacaq. Rusiya da anlayır ki, müharibə uzanacağı təqdirdə, İran kimi dövlətlərlə əməkdaşlığa məhkumdur. İran Rusiyaya kamikadze dronları, ballistik raketlər verir. Ona görə də Moskva ilə Tehranın özlərinə qarşı olan dövlətlərə münasibətdə birgə duruşa ehtiyacları var".
Moskva ilə Tehran arasında imzalanması gözlənilən bu sənədin Azərbaycana təsirinə gəlincə, ekspert bildirir ki, həmin addım ölkəmizə qarşı yönələn birlik deyil:
"Unutmayaq ki, Rusiya artıq Cənubi Qafqazda yeganə dominant və həlledici amil də deyil. Türkiyə də buradadır. Azərbaycan da Türkiyənin hərbi strateji müttəfiqidir. Bu mənada düşünürəm ki, Rusiya-İran əməkdaşlığı həm də Türkiyə-Azərbaycan müttəfiqliyinin yaxınlaşmasını bir qədər də gücləndirəcək. İran Rusiya əməkdaşlığı daha çox qlobal güclərə, yeni geosiyasi vəziyyətin yaranmasına qarşı atılan zəruri addımlardır".
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian həftəsonu Rusiyaya səfər edəcək. Səfər çərçivəsində Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq. Görüş zamanı Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişin imzalanması nəzərdə tutulub. Yeni sənəd 2001-ci ildə imzalanan sazişi əvəz edəcək və Qərblə daha da kəskinləşən münaqişə kontekstində Moskva ilə Tehran arasında münasibətlərin səviyyəsini yüksəldəcək.
Qeyd edək ki, Moskva və Tehran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi 47 maddədən ibarətdir və ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir. Saziş ticarət, iqtisadi və enerji əməkdaşlığı, həmçinin müdafiə və təhlükəsizliklə bağlı məsələlərdə tərəfdaşlığı nəzərdə tutur. Onu da xatırladaq ki, Azərbaycanın hər iki ölkə ilə münasibətlərində son aylarda müəyyən gərginlik yaranıb. Bu mənada Tehran-Moskva strateji tərəfdaşlığı Azərbaycan üçün də müəyyən risqlər yarada bilər.
Rüfət Sultan























































