Menu
Xəbər Lenti
Savaşdan qələbəyə
Dünən, 16:04

Savaşdan qələbəyə

FHN daha bir təlim keçirdi
9-07-2026, 12:32

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 14:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 13:58

Bəzi rayonlarda leysandır

02 Dekabr 2025 06:19Manşet / Maraqlı

Çarlz və Diananın toy şampanları hərraca çıxarılır - Foto

 

İngiltərə Kralı III Çarlz və Şahzadə Diananın 1981-ci ildəki toyu üçün xüsusi istehsal olunmuş 12 şampan şüşəsindən biri bu ay Danimarkada hərracda satışa çıxarılacaq.

“Qafqazinfo” xəbər verir ki, dünyada yüz milyonlarla insanın izlədiyi krallıq toyu üçün hazırlanan və xüsusi etiketlərlə təqdim edilən bu nadir şüşə kolleksiyaçılar üçün yüksək dəyər daşıyır.

“Bruun Rasmussen” hərrac evindən bildirilib ki, “Dom Perignon Vintage” şüşəsinin 11 dekabrda Kopenhagen yaxınlığında keçiriləcək hərracda 500-600 min Danimarka kronu (təxminən 78-93 min dollar) qiymətində alıcı tapacağı gözlənilir.

Bu nadir şüşələr 1981-ci ildə bütün dünyada canlı yayımlanan kral toyunu xatırlatmaq məqsədilə hazırlanmışdı.

Hazırkı sahibinin adı açıqlanmır, lakin həmin şəxsin şüşəni Londondakı bir dilerdən aldığı bildirilir.