Xəbər Lenti
12-09-2026, 12:28
Lənkəran ŞİH başçısı yanında payız-qış mövsümünə hazırlıqla bağlı aparat müşavirəsi keçirilib
11-09-2026, 20:14
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
11-09-2026, 15:35
350 min manatı şəxsi məqsədləri üçün xərcləyib - “Azərişıq” ASC-nin adı MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
11-09-2026, 12:29
Taleh Qaraşov Xanbulan, Sərinbulaq, Bürcəli, Daştatük, Aşağı Apu və Rəzvan kəndlərinin sakinlərinin qayğı və problemlərini dinləyib
15 Dekabr 2022 20:16İdman
Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsümün açılış mərasimi olub
Dekabrın 15-də voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında 2022/2023-cü il mövsümünün açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Voleybol Mərkəzində təşkil edilən tədbirə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Heydər Əliyev adına Hərbi İnstitutun rektor müavini, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov, birinci vitse-prezident Faiq Qarayev və digər rəsmi qonaqlar qatılıblar.
AVF rəhbəri komandalara uğurlar arzuladıqdan sonra bildirib ki, Azərbaycan voleybolçuları həmişə Avropada və dünyada öz sözlərini deyiblər: “Bu idman növü ölkəmizdə çox sevilib və bu gün də sevilir”.
O, voleybolun ölkəmizdə daha da kütləviləşəcəyinə, həmçinin yeni inkişaf yoluna qədəm qoyacağına və yenidən beynəlxalq arenalarda yığmalarımızın öz sözünü deyəcəklərinə inam ifadə edib. C.Qurbanov vurğulayıb ki, Azərbaycan voleybolu əvvəlki səviyyəsini tezliklə bərpa edəcək.
Ardınca Ç.Hüseynzadə MOK adından voleybol bayramının başlaması münasibətilə hamını təbrik edib, iştirakçılara uğurlar arzulayıb: “Əminəm ki, Azərbaycan voleybolu çox qısa vaxtda öz əvvəlki nüfuzuna qayıdacaq".
N.Mövlanov isə Azərbaycan xalqının, qalib ordumuzun hər şeyə nail ola biləcəyini deyib. O, çempionluq uğrunda əzmkar mübarizənin gedəcəyinə inandığını söyləyib.
Ardınca Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin ifasında Dövlət Himni səslənib.
Ötən illərdən fərqli olaraq, bu il həm qadınların, həm də kişilərin çempionatı Yüksək Liqa adlanacaq. Qadınların yarışında “Azərreyl”, “Abşeron”, “Murov” və UNEC klubları çempion adı uğrunda mübarizə aparacaqlar. Kişilərin mübarizəsində isə MOİK, “Neftçi”, “Murov” və mədəniyyət paytaxtı Şuşanı təmsil edəcək “Xarıbülbül” qüvvəsini sınayacaq.
Qadın və kişi voleybolçuların yarışı 6 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.
Dekabrda, həmçinin qadın və kişi voleybolçular arasında I liqa yarışlarına start veriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
3