Xəbər Lenti
Bugün, 12:13
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
Bugün, 11:08
Pulsuz ayrılmalı olan məzar yerləri FANTASTİK QİYMƏTLƏRƏ satışa çıxarılır - RƏSMİ AÇIQLAMA
16-03-2026, 14:44
Azərbaycan yalnız regional güc kimi deyil, həm də qlobal dialoq və əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir
16-03-2026, 11:05
Dövlətə sədaqətin və vətənpərvərliyin nümunəsi – Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
ADPU-nun Quba filialında növbəti yenilik

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında "Təhsil sistemləri və layihələrin idarə edilməsi" fənni üzrə "Azərbaycan və Türkiyə təhsil sistemlərinin müqayisəli təhlili" mövzusunda keçirilən seminar-dərsə Türkiyə Respublikasının Təhsil Nazirliyinin mütəxəssisi, Azərbaycanda təhsil müşaviri vəzifəsində çalışmış Dr. Nihat Böyükbaş dəvət olunmuşdur.
ADPU-dan verilən məlumata görə, filialın müəllimi, Qazi universitetinin doktorantı Şəhla İbişova tədris etdiyi fəndə dərslərə müntəzəm qaydada mövzuya uyğun olaraq Türkiyənin təhsil sahəsində çalışan alim və mütəxəssisləri dəvət olunur.
Dr. Nihat Böyükbaş Türkiyədə həyata keçirilən müasir təhsil islahatları ilə Azərbaycanın təhsil uğurlarını müqayisəli paralellərlə təhlil edərək tələbələrin bu mövzu ilə əlaqali suallarını cavablandırmışdır.
Onlayn dərsdə filialın direktoru dosent Yusif Alıyev, müəllimlər və tədris şöbəsinin əməkdaşları iştirak etmişdir.























































