AVMVİB-nin kollektivi Ulu Öndər Heydər Əliyevin 102 illik Yubileyi münasibəti ilə Fəxri xiyabanı ziyarət ediblər.
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi. Zöhrə Adgözəlovanın doğum günüdür.
Tarixi şəxsiyyət, Əbədiyaşar liderimiz, Ulu Öndərimiz Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq-Könül Nəbizadə
Pərvanə Mirzə qızı İmamquliyeva: “ Heydər Əliyev – adını tarix yazdı, qəlblərə həkk olundu”.
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 102-ci ildönümü əlaqədar silsilə tədbirlər keçirib
Nazim Eynallı: Müasir Azərbaycan dövlətçiliyinin banisi, unudulmaz şəxsiyyət Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunur
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: "Heydər Əliyev Fəlsəfəsi- Güclü Dövlət, Firavan Xalq".
İş adamı Cəbrayıl Cəbrayılov: “Heydər Əliyev yolu Azərbaycanın inkişaf və qalibiyyət yoludur!”
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “Heydər Əliyev və çağdaş Azərbaycan təhsili”
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “Heydər Əliyev və Azərbaycan qadını – Qürur və inamın təcəssümü”
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Polis general-mayoru Teymur Hacıyev: “Heydər Əliyev və Azərbaycan polisi”
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov: “Heydər Əliyev – Müasir Azərbaycan səhiyyəsinin memarı”
Mediland hospital kardiologiya şöbəsinin müdiri, İntervensiyon kardioloq Dr. Vüqar Zamanov: "Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsindəki irsi".
5 saylı şəhər xəstəxanasının baş həkimi Fazil Alməmmədov: “Ulu Öndər Heydər Əliyev – çağdaş səhiyyəmizin banisi”
Ulu Öndər H.Əliyevin anadan olmasının 102-ci ildönümündə AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədovun tapşırığı və dəstəyi ilə Şamaxıda park salınır
Bakıda çox şeyi dəyişəcək yeniliklər - Metro xətləri nə vaxt ayrılacaq?
Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” QSC-nin yeni sədri Vüsal Aslanov metronun “Qırmızı xətt”i ilə “Yaşıl xətt”inin ayrılmasının vacibliyinə bildirib.
“Qafqazinfo” xəbər verir ki, sədr bu xətlərin “C.Cabbarlı” - “28 May” stansiyasında ayrılması ilə “Dərnəgül”dən gələn qatarların “Xətai” stansiyasınadək, “İçərişəhər”dən başlayan qatarların isə “Həzi Aslanov” istiqamətində hərəkət edəcəyini deyib.
Yəni yaxın gələcəkdə “Yaşıl xətt”in üzərindəki stansiyalardan - “20 Yanvar”, “Elmlər Akademiyası” və sair, “Gənclik”, “Nərimanov”, “Koroğlu” istiqamətinə və ya geriyə gedən qatarlar “28 May" stansiyasına daxil olmayacaq. Onlar “Nizami”dən “Cəfər Cabbarlı”ya keçəcək və hərəkətini “Xətai” stansiyasında sonlandıracaq. “Qırmızı xətt”in üzərində olan “Gənclik”, “Nərimanov”, Koroğlu” stansiyalarına getmək istəyənlər “Cəfər Cabbarlı”da düşüb keçidlə “28 May”a keçməli olacaqlar. Eynilə də geriyə doğru hərəkət edənlər. “Koroğlu” istiqamətindən “Elmlər Akademiyası”na getmək istəyənlər “Gənclik”dən sonra “28 May”da düşməyə məcbur olacaqlar və “Cəfər Cabbarlı” stansiyasına keçərək “Yaşıl xətt”in qatarına minib “Elmlər Akademiyası”, “20 Yanvar”, “Azadlıq prospekti” istiqamətinə hərəkətlərini davam etdirəcəklər.
Metroda sıxlığın aradan qaldırılmasını hədəfləyən layihəyə paytaxt ərazisində 10 yeni stansiyanın tikintisi də daxildir ki, bunun üçün də 10 illik vaxt proqnozlaşdırılır. Hazırda tikilməkdə olan və yeni tikiləcək stansiyaların çoxunun “Bənövşəyi xətt” üzərində olacağını nəzərə alsaq, meqalayihə “Dərnəgül-Xətai” xəttinin yükünü əhəmiyyətli dərəcədə azaltmaqla Bakıda nəqliyyatın yükünü xeyli yüngülləşdirmiş və paytaxtdakı mövcud ənənəvi sərnişin axını istiqamətlərini də böyük ölçüdə dəyişdirmiş olacaq.
Xətlərin ayrılması mövzusu uzun illərdir gündəmdə olsa da, son vaxtlar şəhər nəqliyyatındakı yüklənmə, metroda hər gün müşahidə etdiyimiz hədsiz sıxlıq bu məsələnin artıq real addımlarla həll edilməsinə zəmin yarandığını göstərir. Metropolitenin yeni rəhbəri də Prezident İlham Əliyevin sıxlığın aradan qaldırılmasına dair tapşırıqlar verdiyini bildirib.
İşin praktik tərəfinə gəldikdə, çoxlarını düşündürən məntiqi sual ortaya çıxır: Xətlər “28 May” – “Cəfər Cabbarlı” stansiyalarında ayrılacaqsa, həmin stansiyalar buraya düşəcək böyük yükü qaldıra biləcəkmi?
Görünən odur ki, hazırki vəziyyətdə bunu etmək mümkün deyil. “28 May” stansiyası onsuz da sərnişinlə dolub-daşır və digər iki xəttin sərnişin mübadiləsinə dözə bilməz. “Yaşıl” və “Qırmızı xətlər”in ayrılması yalnız “Bənövşəyi xətt”in daha bir neçə stansiyasının istifadəyə verilməsi ilə mümkün ola bilər. Belə ki, “Bənövşəyi xətt” “Yaşıl xətt”lə böyük ölçüdə paralellik təşkil etdiyindən bu xəttin istifadəyə verilməsi və üzərindəki keçid stansiyalarının işə düşməsi ilə “28 May”da proqnozlaşdırılan ağır yüklənmə də azalmış ola bilər.
Hazırda “Bənövşəyi xətt”in mövcud stansiyalarından biri – “Memar Əcəmi-2” stansiyası eyniadlı stansiya ilə bir ərazidə yerləşir. Üzərində 4 stansiya olan (“Xocasən”, “Avtovağzal”, “Memar Əcəmi-2” və “8 Noyabr”) xəttin bir qədər də uzanması ilə hazırda “Yaşıl xətt”in yükü yüngülləmiş olacaq. Həmçinin “Bönəvşəyi xətt”in üzərində hazırkı “Nizami”, “Sahil” və “Xətai” stansiyalarının yaxınlığında yeni keçid stansiyalarının olacağını da nəzərə alsaq, bu xəttin “Yaşıl xətt”lə yanaşı “Qırmızı xətt”in də işinə böyük dəstək verəcəyini düşünmək olar.
İnşaatçı-mühəndis Azər Axundovun da fikrincə, “Yaşıl” və “Qırmızı xətlər”in ayrılması hazırki şəraitdə ağlabatan görünmür: “Bu xəbər mənə də maraqlı gəldi. Çünki indi xətləri ayırsalar, “Cəfər Cabbarlı” və 28 May” stansiyasının bu yükü qaldıra biləcəyi sualdır. Sərnişinlərin əksəri “28 May”da düşüb “Cabbarlı”ya keçəcək ki, “20 Yanvar” istiqamətinə gedə bilsin. Amma ümumən xətlər gec-tez ayrılmalıdır. Düşünürəm ki, digər stansiyalar tikildikdən sonra da ayırmaq olardı, bu zaman artıq başqa alternativlər də yaranmış olacaq. İşlərin ardıcıllığı ilə bağlı tam məlumat verilməyib deyə nəsə demək çətindir. İlk olaraq stansiyalar tikiləcək, yoxsa xətləri ayıracaqlar? Tam anlaşılmır”.
Apardığımız kiçik araşdırma da göstərir ki, xətlərin ayrılması yaxın 1-2 ilin işi deyil. Belə ki, bu xətlərin ayrılaraq müstəqil fəaliyyət göstərməsi üçün hər xəttin özünün vaqon parkının, deposunun olması, ayrıca elektrik yarımstansilarının fəaliyyət göstərməsi mütləqdir. Belə ki, “Yaşıl xətt”in hazırda deposu yoxdur və yaxın gələcəkdə “Dərnəgül”də ayrılmış ərazidə deponun tikintisi də başa çatmalıdır. Həmçinin metronun ayrılmış xətlərinin fəaliyyətinin təşkili üçün əlavə 2 yarımstansiyanın tikintisi vacibdir.
Tikilməkdə olan Dərnəgül deposunun yerləşdiyi ərazi
Bir sözlə, xətlərin ayrılması və metronun arzuolunan səviyyədə xidmət göstərməsi üçün hələ xeyli vaxt lazım olacaq. Bunun üçün isə vaxt itirmədən işləri sürətləndirmək lazımdır və bu istiqamətdə ümidverici açıqlamalar verilir.
Yeniliklərin baş verməsi ilə metropolitenin yükünün xeyli parçalanacağı məlumdur. Bunun üçün bir neçə misal da göstərmək olar: “Bənövşəyi xətt”in üzərində tikiləcək keçid stansiyaları. Belə ki, Bakının böyük bir hissəsindən - “Həzi Aslanov”dan “Gəncliy”ə kimi olan stansiyalardan Avtovağzala getmək istəyənlər “Sahil” metrosunda düşərək “Bənövşəyi xətt”ə keçə və təxminən 15 dəqiqəyə Avtovağzala çata biləcəklər.
Eləcə də “Xətai” istiqamətindən “20 Yanvar” və şəhərin şimalındakı stansiyalara getmək daha sürətli və asan olacaq. Bununla bağlı çoxsaylı nümunələr göstərmək olar.
Bundan başqa, “Bönəvşəyi xətt”in Ağ Şəhərədək uzanması ilə Bakıda mövcud olan ənənəvi nəqliyyat və sərnişin axını istiqamətləri də kəskin dəyişmiş olacaq. Buna uyğun marşrut avtobusları şəbəkəsində də dəyişikliklərin, paytaxt ərazisində müəyyən yerlərdə əmlakların qiymətində ciddi yeniliyin olacağı da labüddür.
Nizam Rza