Vaqif Abdullayevin rəhbərliyi ilə Beyləqan rayonunun inkişaf yolu və sosial rifahın yüksəlişi
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Azərbaycan-Qazaxstan müharibə veteranları Özbəkistanda işgüzar görüş keçirtdilər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin nümayəndə heyəti Özbəkistan Respublikasına səfəri çərçivəsində silsilə görüşlər keçiriblər. 6 iyun 2026-cı il tarixində Özbəkistan Respublikasının Müdafiə Nazirliyinə məxsus Otelin Konfrans zalında Azərbaycan və Qazaxıstan müharibə veteranlarının növbəti iki tərəfli görüşü keçirildi. Görüşdə Azərbaycan Respublikası tərəfindən AVMVİB sədrinin beynəlxalq məsələlər üzrə müavini, müharibə veteranı, "Azərbaycan bayrağı" ordenli polkovnik Elmar Hüseynov, müharibə veteranı polkovnik Tahir Yusifov, müharibə veteranı kapitan Bəyanət Qasımov iştirak etdilər. Qazaxstan Respublikası tərəfindən "Tacikistan-Əfqanıstan sərhəddində döyüş əməliyyatları iştirakçıları" İctimai Birliyinin sədri Murat Muxamedjanov, sədr müavini Nurpolad Ayğan, ictimai fəal xanım Zaira Muxamedjanova içtirak etdilər. Görüşdə Özbəkistan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan polkovnik-leytenantı Turamırza Oripov da müşahidəçi qismində iştirak etdi. Veteranlar görüşün səmimi qardaşlıq və dostluq şəraitində keçdiyini xüsusi ilə qeyd etdilər. Qardaş dövlətlərin müharibə veteranları "TURAN" Türk Dövlətləri Müharibə Veteranları Birliyinin son 4 ildə gördüyü işlərdən və tədbirlərdən danışdılar. Birliyin gələcək planları müzakirə edildi. Qərara alındı ki, növbəti görüş daha geniş formatda Türkiyə, Azərbaycan, Qazaxstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan veteranlarını dəvət etməklə Azərbaycan Respublikasının Şuşa şəhərində təşkil edilsin. Qazaxstan veteranları Murat Muxamedjanov, Nurpolad Ayğan, Zaura Muxamedjanova, Özbəkistan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovnik-leytenantı Turamırza Oripov AVMVİB-nin Fəxri Diplomu ilə təltif olundular, onlara Azərbaycanın milli xatirə süvenirləri hədiyyə efildi. Tədbirin sonunda veteranlar xatirə fotosu çəkdirdilər.
Fərid Faiqoğlu






























































