Qusar RMX-nın direktoru İmran Qurbanov: “ Unudulmaz alim, mehriban ana, qayğıkeş insan – Zərifə Əliyeva”
Həkim-radioloq Nicat Bağırov: "Böyük alim Zərifə Əliyeva irsi: tibb elminə əvəzsiz töhfələr"
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov – Dövlətə sədaqətin, liderliyə bağlılığın və ictimai xidmətin nümunəsi
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Zərifə Əliyeva fenomeni – elmin, humanizmin və şəfqətin zirvəsi”
Nəsimi rayonunun müharibə veteranları Ali Baş Komandan İlham Əliyevə SƏS verir
2 fevral 2024-cü il taixində AVMVİB-nin Nəsimi rayon şöbəsində şəhid ailələrinin, müharibə veteranlarının-7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə həsr edilmiş yığıncağı keçirilib. Yığıncaqda AVMVİB sədrinin müavini İslam Səfərov, şəhid ailələri, müharibə veteranları iştirak ediblər.
Nəsimi rayon şöbəsinin sədri e.o. p-k Elmar Hüseynov yığıncaq iştirakçılarına 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq barədə geniş məlumat verdi. Hər bir Azərbaycan vətəndaşının bu mühüm və əlamətdar tədbirdə fəal iştirak etməyə çağırdı. O, qeyd etdi: “ İlk dəfədir ki, Prezident seçkiləri müstəqil Azərbaycan tarixində dövlətimizin ərazi bütövlüyünün bərpa olunduğu şəraitdə keçirilir. Xalqımız böyük əhval-ruhiyyə ilə bu seçkilərdə iştirak edəcəkdir. Biz müharibə veteranları, ailə üzvlərimiz, qohum-əqrabalarımız, yaxınlarımız seçkidə fəal iştirak etməliyik və səsimizi Qalib Azərbaycan Xalqının-Qalib Böyük Oğlu cənab İlham Əliyevə səs verməliyik.
Yığıncaqda AVMVİB sədrinin müavini İslam Səfərov, e.o.p-k Qaçay Aslanov, müharibə veteranı Musa Əliyev, e.o. m-r Azad Cəbrayılov, müharibə veteranı Yadigar Həmidov, şəhid Teymur Həsənovun atası müharibə veteranı Mahal Həsənov çıxış etdilər. Onlar Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməyi, müharibə veteranlarını 7 fevral 2024-cü il tarixində Azərbaycanın gələcəyi naminə İlham Əliyev cənablarına səs verməyə çağırdılar.
Tədbirdə gənc müharibə veteranı 2023-cü ilin sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirlərinin fəal iştirakçısı Səfərli Amin Ramil oğluna AVMVİB sədrinin müavini İslam Səfərov tərəfindən üzvülük vəsiqəsi təqdim edildi. Gənc qazi Amin Səfərov Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov tərəfindən Fəxri Fərmanla təltif olundu. Tədbirin sonunda müharibə veteranları xatirə fotosu çəkdirdilər.
Fərid Səfərov
“Xezertv.info”-nun təsisçisi, AJB-nin üzvü



























































