VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
ADPU-da möhtəşəm "Biz Qalibik" Zəfər bayramı tədbiri keçirildi.
Azərbaycan Dövlət Pedoqoji Universitetində ADPU-nun Prorektoru, professor Mahirə xanım Hüseynovanln təşkilatçılığı ilə "Biz qalibik!" 8 noyabr Zəfər gününə həsr edilmiş möhtəşəm bayram tədbiri keçirilib. Tədbirdə ADPU-nun Rektoru professor Cəfər Cəfərov, Şəhid kapitan Həmid Cəfərlinin anası Zenfurə xanım, həyat yoldaşı Aynurə xanım, qardaşı Vüqar, Şəhid Orxan Cəfərlinin anası Zəriş xanım, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov, AVMVİB-nin NTK-nın sədri Niyazi Quliyev, AVMVİB Sədrinin səlahiyyətli nümayəndəsi, "Azərbaycan bayrağı" ordenli ehtiyatda olan polkovnik Elmar Hüseynov, AVMVİB-nin Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayev, Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov, Sabunçu, Nəsimi, Binəqədi rayonlarının Qaziləri, Veteranları iştirak etdilər.
AVMVİB Sədri Füzuli Rzaquliyevin sərəncamı ilə Rektor Cəfər Cəfərov və Prorektor Mahirə Hüseynova "Böyük Zəfər" xatirə medalı ilə təltif olundular.
Bayram tədbirindən öncə qonaqlar və Universitet rəhbərliyi ADPU-da yaradılmış "Şəhidlər guşəsi"-nə tər çiçəklər düzdülər. Foyedə "TURAN"-Türk Dövlətləri Veteranlar Birliyinin yaradılması münasibəti ilə hazlrlanmış video klipə baxdılar.
Bayram tədbirində ADPU-nun "Meh" tələbələrin yaradıcılıq qrupunun rəngarəng çıxışları, səhnəcikləri və ifa etdikləri mahnılar təqdim edildi. Sonda tədbir iştirakçılarının birgə xatirə şəkilləri çəkildi.
Fərid Səfərov
AJB-nin üzvü




























































