VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
1avqust 2023-cü il tarixində şəhid kapitan Həmid Cəfərlinin ad dünü təntənəli surətdə qeyd edildi

Bu gün II Fəxri xiyabanda keçirilən tədbirdə şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, hərbi orkestr, fəxri qaravul, Xətai rayonu İcra Hakimiyyətindən Pənah İmanov və nümayəndələri, AVMVİB-nin veteranları, Qazilər, media işçiləri, şəhidin yaxın qohumları, dostları iştirak edirdi.
Əvvəlcə Ulu Öndər Heydər Əliyev və Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Tədbirdə Xətai Rayonu İcra Hakimiyyətinin nümayəndəsi Pənah İmanov, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi polkovnik Elmar Hüseynov, Qazi Vidadi Ağagülov, Müdafiə Nazirliyindən mayor Anar Kazımov çıxış etdilər. Şəhidin önünə Fəxri qaravul əklil qoydu. Din xadimi şəhidin ruhuna dualar oxudu.
Tədbir Xətai rayonunda şəhidlərin əziz xatirəsinə ucaldılmış abidənin önündə davam etdirildi. AVMVİB-nin Sədri Füzuli Rzaquliyev şəhidin təltif olunduğu "Böyük Zəfər " xatirə medalını şəhidin atası Kərim Cəfərliyə təqdim etdi.
Tədbirin sonunda şəhidin xatirəsinə ehsan süfrəsi açıldı və ruhuna dualar oxundu.
Xezertv.info



































































