Xəbər Lenti
Dünən, 20:42
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Dünən, 18:14
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
Dünən, 13:26
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Dünən, 11:30
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
21-07-2026, 22:08
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
21-07-2026, 22:05
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
21-07-2026, 21:41
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
21-07-2026, 21:35
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
21-07-2026, 16:52
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
21-07-2026, 13:06
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
21-07-2026, 12:00
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
20-07-2026, 21:50
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
20-07-2026, 18:37
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
20-07-2026, 18:09
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
20-07-2026, 17:26
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunan təntənəli tədbir təşkil edilib - FOTO








Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunan təntənəli tədbir təşkil edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Mixail Zabelin, Qüdrət Həsənquliyev, Etibar Əliyev, Xətai rayon prokuroru Sərdar İmanov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Vətən Müharibəsi Qəhrəmanları Anar Mirzəyev, Zaur Quliyev, Raqif İsrailov, Nizami Mövlanov, Xalq artisti şəhid atası Əli Nur, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, şəhid ailələri, qazilər iştirak ediblər.
Tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. H.Əliyev adına Hərbi İnstitutun orkestri Azərbaycanın Dövlət Himnini səsləndirib.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyev Zəfər Günü münasibətilə hər kəsi təbrik edərək qeyd edib ki, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir.
Digər çıxış edənlər vurğulayıblar ki, hərb tariximizin şərəfli səhifəsi olan və bizi qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.
Çıxışçılar həmçinin dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və hərbi qulluqçulara göstərilən diqqət və qayğıdan danışıb, buna görə ölkə rəhbərinə təşəkkürlərini bildiriblər.
Tədbirdə tanınmış incəsənət ustalarının ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.
Tədbirdə həmçinin şəhid Seymur Baxışovun 12 yaşı tamam olan oğlu Amin Baxışovun doğum günü də qeyd edilib. Bu münasibətlə tort kəsilib, iştirakçılar Amini təbrik ediblər.
Sonda şəhid ailələrinə şəhidlərin şəkilləri əks olunmuş xatirə suvenirləri təqdim olunub.























































