Menu
Xəbər Lenti
14 Ağu 12:22Manşet / Gündəm

QƏHRƏMANLAR ÖLMÜR

  Qəhrəmanlar ölmür, şəhadətə yüksəlirlər. Əbədiyyətin ən uca zirvəsinə yüksəlirlər. Can Azərbaycanımız anamızdır və onun hər qarış torpağı uğrunda son nəfəsinədək döyüşən igid oğul və qızlarımız olub, var, yenə də olacaq. Son illər dünya siyasətçilərini, hərbi sistemlərini qeyri-adiliyi ilə lərzəyə salan 44 günlük Zəfər savaşımız xalqımızın necə demokratik, ədalətli, eyni zamanda qətiyyətli, döyüşkən olduğunu isbat etdi. Bu müharibənin də öz qəhrəmanları yetişdi. Üç minə qədər əsgər və zabitimiz qəhrəmancasına vuruşub ŞƏHİD adını qazandı, qanları ilə müasir Azərbaycan tarixini yazdı. Həmin igidlərin sırasında mənim yaxın ailə üzvlərimdən dörd nəfər də var idi: kapitan Həmid Cəfərli, gizir Orxan Cəfərli, ---- baş leytenant Muxtar Qasımlı və MAXE çavuş Elşən Quliyev.

Qədirbilən xalqımız bu igidləri, Bütün Azərbaycan şəhidlərin, qazilərimizin şücaətini unutmur və unuda da bilməz. Unutsaq, məhv olarıq. Ölkəmizin bugünkü varlığını, başucalığımızı onlara borcluyuq. Qəhrəmanlarımız dastanlarda, romanlarda, şeirlərdə, ən əsası isə xalqımızın-hər birimizin ürəyində yaşayır. Şəhadətə qədər onların yalnız bir ata-anası vardısa, indi bütün Azərbaycan xalqının övladlarıdırlar.

Qəhrəmanlarımızın xatirəsi həmişə əziz tutulur, dövlətimiz tərəfindən ailələri qayğı ilə əhatə edilir. Yaxın günlərdə iki böyük tədbirin iştirakçısı olduq.

Birinci tədbir cəsur igidimiz Muxtar Qasımlının haqqında çəkilmiş sənədli filmin təqdimat mərasimi oldu.

  

        İyulun 31-də Nizami Kino Mərkəzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş sponsorluğu ilə ərsəyə gətirilmiş, Vətən müharibəsi şəhidi Muxtar Qasımlıya həsr olunan “Qəhrəman Muxtar Qasımlı” sənədli filminin təqdimat mərasimi keçirildi.

Tədbirdə Muxtar Qasımlının valideynləri, dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, müharibə iştirakçıları, şəhid anaları və digər ictimaiyyət nümayəndələri iştirak edirdi.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Daha sonra ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Təqdimat mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin əmri ilə şəhid Muxtar Qasımlı “Böyük Zəfər” xatirə medalı ilə təltif olundu. Medalı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Nəzarət Təftiş Komissiyasının sədri Niyazi Quliyev şəhidin valideynləri Əli və Almaz Qasımlıya təqdim etdi. Niyazi Quliyev AVMVİB sədri Füzuli Rzaquliyevin salamını tədbir iştirakçılarına çatdırdı.

NiyaziQuliyev şəhidlərimizin daima qəlibimizdə yaşayacağını vurğulyaraq, tariximzə ekskursiya edərək bütün dönəmlərdəki şəhidlərimizi xatırladı. O, nitqini Şəhidlər ölməz, Vətən bölünməz, Yaşasın Müzəffər Azərbaycan Ordusu! Yaşasın Müzəffər Ali Baş Komandan! ifadələri ilə bitirdi.

 

Tədbirdə AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi polkovnik Elmar Hüseynov Şəhid ailələri, Qazilər və Müharibə veteranlarına göstərdiyi qayğı və diqqətə görə tədbirin təşkilatçısı Əliyeva Əfsanə Möhlət qızını Fəxri Diplomla təltif etdi. Polkovnik şəhidliyin uca məqamından bəhs edərək ,vətənimizn daima müsəlləh əsgərləri olduğumuzu qeyd etdi.

Sonda qazilərin  ifasında Vətənpərvər mahnıların bəstəçisi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Fəxri üzvü Fərahim Sadiqin bəstələdiyi  «Əsgərnamə»  elegiyası səsləndirildi.

      1 avqust 2023-cü il tarixində şəhid kapitan Həmid Cəfərlinin ad dünü təntənəli sufətdə qeyd edildi.

  

           II Fəxri xiyabanda keçirilən tədbirdə şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, hərbi orkestr, fəxri qaravul, Xətai rayonu İcra Hakimiyyətindən Pənah İmanov və  digər nümayəndələr, AVMVİB-nin veteranları, Qazilər, media işçiləri, şəhidin yaxın qohumları, dostları iştirak edirdi. Əvvəlcə Ulu Öndər Heydər Əliyev və Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Tədbirdə Xətai rayonu İcra Hakimiyyətinin nümayəndəsi Pənah İmanov, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi polkovnik Elmar Hüseynov, Qazi Vidadi Ağagülov, MN-dən mayor Anar Kazımov çıxış etdilər. Şəhidin önünə Fəxri qaravul əklil qoydu. Din xadimi şəhidin ruhuna dualar oxudu.

 Tədbir Xətai rayonunda şəhidlərin əziz xatirəsinə ucaldılmış abidənin önündə davam etdirildi. AVMVİB-nin Sədri Füzuli Rzaquliyev şəhidin təltif olunduğu "Böyük Zəfər" xatirə medalını şəhidin atası Kərim Cəfərliyə təqdim etdi.
Tədbirin sonunda şəhidin xatirəsinə ehsan süfrəsi açıldı və ruhuna dualar oxundu.

 

Allah bütün şəhidlərə rəhmət eləsin. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın şücaətli Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!