Xəbər Lenti
27-08-2026, 15:33
Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
27-08-2026, 13:31
Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
26-08-2026, 15:32
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
26-08-2026, 12:58
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
26-08-2026, 12:48
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
26-08-2026, 12:27
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
25-08-2026, 21:32
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
25-08-2026, 21:18
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
25-08-2026, 21:08
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
25-08-2026, 15:48
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Hərbi yönümlü QHT-lər orduya dəstək verdi
Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 İyun Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, sədr müavini, polkovnik Cəlil Xəlilov, Təşkilatın Rəyasət Heyətinin üzvü, hərbi-vətənpərvərlik mahnılaırnın tanınmış ifaçısı Şəmistan Əlizamanlı, “Qarabağ Qaziləri” İctimai Birliyinin təmsilçisi, Qarabağ qazisi Rey Kərimoğlu, “Polisə Dəstək” İctimai Birliyinin sədri, şəhid atası Şəmsəddin Əliyev, hərbi yönümlü Qeyri-Hökumət Təşkilatlarının (QHT) rəhbərləri, veteranlar və media nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan Ordusunun formalaşması tarixinə diqqət çəkib, ordumuzun hələ Cümhuriyyət dönəmində erməni işğalçılarına qarşı uğurla mübarizə apardığını qeyd edib.
Polkovnik bildirib ki, Azərbaycan xalqı, o cümlədən veteranlar hər zaman olduğu kimi bundan sonra da orduya, onun Ali Baş Komandanına dəstək verməkdə davam edəcək, heç bir qüvvənin 8 Noyabr zəfərinə kölgə salmasına imkan verməyəcək.
Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü Şəmistan Əlizamanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində tarix yazdığını, parlaq qələbəyə imza atdığını vurğulayıb.
Tədbirdə çıxış edən Qarabağ qazısı Rey Kərimoğlu da Azərbaycan Ordusunun tarixi inkişaf yolundan bəhs edib, 44 günlük Vətən müharibəsində ordumuzun düşməni darmadağın edərək dünyanı heyrətləndirən böyük qələbəyə imza atdığını bildirib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Sətatrova qeyd edib ki, 44 günlük Vətən müharibəsində erməni faşizminə ağır zərbə vuran, onu işğal edilmiş tarixi Azərbaycan torpaqlarından qovan Azərbaycan Ordusu bu qələbə ilə babalarının qəhrəmanlıq ənənələrinə sadiq qaldığını bir daha sübut etdi.
“Polisə Dəstək”İctimai Birliyinin sədri, şəhid atası Şəmsəddin Əliyev çıxışında öncə 90-cı illərdə erməni faşizminə qarşı aparılan mübarizəyə diqqət çəkib. Həmin vaxt hərbi texnika, silah-sursat təminatı baxımından böyük çətinliklər çəkdiyini bildirən Şəmsəddin Əliyev, məhz Ulu öndər Heydər Əliyevin hakimiyyəti dönəmindən etibarən ordu quruculuğuna böyük diqqət yetirildiyini vurğulayıb.
Şəmsəddin Əliyev qeyd edib ki, sonrakı mərhələdə Prezident İlham Əliyevin formalaşdırdığı müasir Azərbaycan Ordusu 2020-ci ilin Vətən müharibəsində ölkəmizin qələbəsini təmin edərək dövlətimizin ərazi bütövlüyünü təmin edib.























































