VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Uşaqların sağlamlığına həsr olunan nəcib ömür – Esmira Hüseynovanın fədakar həkimlik missiyası
İnsan həyatında elə peşələr var ki, onların dəyərini ölçmək mümkün deyil. Həkimlik məhz belə müqəddəs peşələrdən biridir. İnsan sağlamlığının keşiyində dayanan, xəstələrə şəfa bəxş edən, onların ümid yerinə çevrilən ağ xalatlı insanlar cəmiyyətin ən böyük ehtiramını qazanırlar. Xüsusilə uşaqların sağlamlığı uğrunda çalışan həkimlərin fəaliyyəti həm məsuliyyətli, həm də olduqca şərəflidir. Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova da məhz belə peşəkar və fədakar səhiyyə işçilərindəndir.
Esmira Hüseynova uzun illərdir ki, səhiyyə sahəsində uğurla fəaliyyət göstərərək yüzlərlə ailənin sevincinə çevrilmişdir. Onun rəhbərlik etdiyi Uşaq Xəstəxanasında körpələrin və uşaqların sağlamlığının qorunması, müasir tibbi xidmətlərin göstərilməsi, xəstələrin yüksək diqqət və qayğı ilə əhatə olunması daim prioritet istiqamətlərdən biridir. Həkimlik fəaliyyətində peşəkarlığı, insanlara qarşı həssas münasibəti və yüksək təşkilatçılıq bacarığı ilə seçilən Esmira Hüseynova həm kollektivin, həm də valideynlərin dərin hörmətini qazanmışdır.
Uşaq sağlamlığı hər bir cəmiyyətin gələcəyidir. Sağlam uşaqlar sağlam gələcəyin təməlidir. Bu baxımdan Esmira Hüseynovanın rəhbərliyi ilə həyata keçirilən işlər xüsusi əhəmiyyət daşıyır. Xəstəxanada müasir tibbi xidmətlərin təşkili, pasiyent məmnunluğunun təmin edilməsi və uşaqlara göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər onun məsuliyyətli rəhbərliyinin nəticəsidir.
Bu gün Azərbaycan səhiyyəsi dövlətin xüsusi diqqət və qayğısı ilə inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sistemində həyata keçirilən islahatlar, yeni tibb müəssisələrinin yaradılması və müasir tibbi texnologiyaların tətbiqi ölkəmizdə səhiyyənin inkişafına mühüm töhfə verir. Bu inkişaf prosesində Esmira Hüseynova kimi peşəkar rəhbərlərin fəaliyyəti xüsusi rol oynayır.
Həkimlik yalnız peşə deyil, həm də insanlıq missiyasıdır. Hər bir sağalan uşaq, valideynlərin üzündə yaranan təbəssüm və ailələrə qayıdan sevinc həkim əməyinin ən böyük mükafatıdır. Esmira Hüseynova da öz fəaliyyəti ilə bu nəcib missiyanı layiqincə yerinə yetirən səhiyyə işçilərindən biridir. Onun rəhbərlik etdiyi kollektiv xəstələrin sağlamlığı naminə gecə-gündüz çalışır, öz peşə borcunu vicdanla yerinə yetirir.
17 İyun – Səhiyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə Esmira Hüseynovanın timsalında bütün səhiyyə işçilərinin əməyi yüksək qiymətləndirilməlidir. Çünki onlar insanların sağlamlığı, gələcəyimiz olan uşaqların xoşbəxtliyi naminə böyük fədakarlıq göstərirlər.
17 İyun – Səhiyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynovanı və rəhbərlik etdiyi kollektivi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti, məsuliyyətli fəaliyyətlərində yeni-yeni uğurlar və insanların sağlamlığı naminə şərəfli xidmət yollarında böyük nailiyyətlər arzulayırıq. Bayramınız mübarək!
Fərid Faiqoğlu
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm” mükafatçısı
Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin fəxri üzvü























































