26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Xalq artisti Flora Kərimovanın son durumu açıqlandı
Xalq artisti Flora Kərimovanın son durumu açıqlanıb.
Bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycanın Xalq artisti, məşhur estrada və opera müğənnisi Flora Kərimovanın rəsmi bioqrafı və köməkçisi Əli Davud məlumat verib.
O qeyd edib ki, Flora Kərimovanın müalicə prosesi hazırda davam edir:
"Ciddi bir şey yoxdur. Flora xanımın nə vaxt xəstəxanadan evə buraxacağı bilinmir. Təzyiq problemi olduğu üçün evə çıxarmağa tələsmirik. Flora xanım illər öncə mikroinsult da keçirib və ürək, qan-damar sistemində problemlər var idi. Flora xanımın bir ay sonra 85 yaşı olacaq. Övladı Zümrüd xanım və nəvəsi artıq yanındadır. Səhhətinin tam bərpası istiqamətinə tibbi tədbirlər görülür. Yaradandan tezliklə sağalmasını diləyirik".
Qeyd edək ki, 84 yaşlı Xalq artisti Flora Kərimovanın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da Xalq artistinə baş çəkib.























































