Menu
Xəbər Lenti
Şanlı Zəfər salnaməsi
19-09-2026, 13:07

Şanlı Zəfər salnaməsi

Bizim Nizami müəllim...
18-09-2026, 14:32

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 10:27

DTX məlumat yaydı - Video

17 yolda tıxac var - Siyahı
17-09-2026, 10:05

17 yolda tıxac var - Siyahı

13 İyun 2026 13:49Manşet / Kriminal

Restoranın paltar dolabından 5000 dollar oğurladı

 

Bakıda restoranda oğurluq hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, paytaxtın Nərimanov rayonunda zərərçəkən şəxs polisə müraciət edərək gödəkçəsinin cibindən 5000 dollar nağd pulun naməlum şəraitdə oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Süleymanov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun digər restoranda da paltar dolabına asılmış gödəkçənin cibindən pul vəsaitini taladığı da məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.