Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
“Bir Kompas, Bir Komanda: Məktəblilərin orienterinq üzrə bacarıqlarının artırılması” qrant layihəsi çərçivəsində şagirdlərin fiziki aktivliyinin artırılması və məkan üzrə düşünmə bacarıqlarının inkişafına yönəlmiş fəaliyyətlər uğurla icra olunub. Layihə eyni zamanda iştirakçılarda komanda işi, qərarvermə və məsuliyyət kimi həyati bacarıqların formalaşdırılmasını hədəfləyib.
Layihəyə 5 müəllim və onların rəhbərlik etdiyi ümumilikdə 50 şagird cəlb olunub və iştirakçılar üçün birgə fəaliyyət və öyrənmə mühiti yaradılıb. Təlim mərhələsində şagirdlərə “orienteering” üzrə əsas anlayışlar təqdim olunub, xəritə ilə işləmə, məkan yönümü və komanda strategiyaları üzrə 3 gün praktik məşğələlər keçirilib.
Təlimlər nəticəsində əldə olunan bacarıqların tətbiqi məqsədilə açıq məkanda komandalararası müsabiqə təşkil edilib. “Bir Kompas, Bir Komanda” adı ilə keçirilən yarış zamanı şagirdlər müxtəlif tapşırıqları yerinə yetirərək həm fiziki hazırlıqlarını, həm də strateji düşünmə bacarıqlarını nümayiş etdiriblər. Nəticələrə əsasən ilk 3 yeri tutan komandalar mükafatlandırılıb.
Layihənin davamlılığını təmin etmək məqsədilə məktəbdə fiziki aktivliyi təşviq edən oyun klubu yaradılıb. Klub çərçivəsində il ərzində şagirdlər üçün komanda işi və məkan düşüncəsini inkişaf etdirən interaktiv məşğələlər təşkil olunub.
Layihənin yekun mərhələsində əldə olunan nəticələrin təqdim ediləcəyi bağlanış tədbiri keçirilib.
Qeyd edək ki, layihə Maral Əmraslanova tərəfindən R.Səfərov adına Qara Nuru kənd tam orta ümumtəhsil məktəbində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilib.
Xezertv.info



























































